Icma.az
close
up
RU
“İrəvan xanlığı bölgə mətbəxi” kitabının təqdimatı keçirilib FOTOLAR

“İrəvan xanlığı bölgə mətbəxi” kitabının təqdimatı keçirilib FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Kitab Mərkəzində “İrəvan xanlığının bölgə mətbəxi” kitabının ingilis dilinə tərcümə olunan yeni nəşrinin təqdimatı keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə kitab haqqında videoçarx nümayiş etdirilib.

Təqdimat mərasimində çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı kitabın əhəmiyyətini yüksək qiymətləndirib.

“Bu nəşr nəfis tərtibatlıdır və böyük mədəni əhəmiyyət daşıyır. İngilis dilində çap olunması Azərbaycan mətbəxinin dünyada təbliği baxımından çox önəmlidir”, - deyə o əlavə edib.

Müəlliflərdən biri, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) baş direktoru Tahir Əmiraslanov qeyd edib ki, İrəvan bölgəsinin mətbəxini bərpa etmək üçün geniş tədqiqat apardıq, 413 yemək reseptini toplayıb elmi əsaslarla təqdim etdik.

Kitabın ilk dəfə 2020-ci ildə Azərbaycan dilində nəşr olunduğunu diqqətə çatdıran Tahir Əmiraslanov deyib: “Aparılan tədqiqatlar nəticəsində İrəvan bölgəsinin kulinariya irsi sistemləşdirilib. Bu məqsədlə 1500 nəfərlə müsahibələr aparılıb, çoxsaylı tarixi və etnoqrafik mənbələr araşdırılıb, 413 yemək resepti toplanaraq elmi təhlildən keçirilib. Kitab 2021-ci ildə İsveçrədə Alfred Nobel Mükafatı Ev Muzeyinə daxil edilib və Parisdə “Dünya Kulinariya Kitabları Mükafatı” tərəfindən “Dünyanın ən yaxşı regional mətbəxi” adına layiq görülüb. 2024-cü ildə isə əsər “Dünya İslam Kulinariya Birliyi” və TÜRKSOY tərəfindən mədəni irsin qorunmasına verdiyi töhfəyə görə mükafatlandırılıb”.

Mətnin ingilis dilinə tərcümə edən filologiya elmləri doktoru, BDU-nun Xarici dillər kafedrasının müdiri Bəylər Hacıyev bu işin çətin və məsuliyyətli proses olduğunu vurğulayıb. “Hər sözün, hər ifadənin dəqiq qarşılığını tapmaq çox önəmli idi. İngilis dilində nəşr bizim mətbəxin beynəlxalq səviyyədə tanınmasına böyük töhfə verəcək”, - deyə B.Hacıyev əlavə edib.

Müəlliflərdən biri, AMKA-nın fəxri üzvü Oruc Əliyev kitabın elmi əhəmiyyətindən danışıb. “Bu tədqiqat illərlə toplanmış zəhmətin nəticəsidir. İrəvan mətbəxi Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir və onun dünyaya tanıdılması çox vacibdir”.

Digər çıxışçılar kitabın hazırlanma prosesi, tədqiqatın elmi əhəmiyyəti və əsərin beynəlxalq uğurları barədə məlumat veriblər.

Kitabın növbəti müəllifi, Respublika Gənclər Mükafatı laureatı Aygül Əsgərovadır. Kitabın “Ön söz” müəllifi nəşrin elmi redaktoru, AMEA-nın Arxeologiya və Tarix İnstitutunun direktoru, professor Maisə Rəhimova, rəyçi tarix elmləri üzrə fəlsəfə doktoru, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Tahir Şahbazovdur. Kitab nəşrə AMKA-nın Elmi şurası tərəfindən məsləhət görülüb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Noyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see222

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see185

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see177

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see161

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri