Icma.az
close
up
RU
Haydar Abdikerimov: Orta Dəhlizlə Çindən gələn konteyner qatarlarının sayı 35 dəfə artıb MÜSAHİBƏ

Haydar Abdikerimov: Orta Dəhlizlə Çindən gələn konteyner qatarlarının sayı 35 dəfə artıb MÜSAHİBƏ

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Astana, 7 fevral, AZƏRTAC

2024-cü ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR, Orta Dəhliz) rekord göstəricilər nümayiş etdirərək strateji əhəmiyyətli nəqliyyat dəhlizi mövqeyini möhkəmləndirib. “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi Haydar Abdikerimov AZƏRTAC-a eksklüziv müsahibəsində marşrutla bağlı əldə edilən nailiyyətlər, nəticələr və inkişaf perspektivlərindən danışıb.

- 2024-cü ildə TITR-in əldə etdiyi əsas nəticələr hansılardır?

- 2024-cü ilin əsas nəticələri konteyner daşımalarında rekord artım və blok qatarlarının sayının çoxalması oldu. Marşrut konteynerləşmə istiqamətində fəal şəkildə inkişaf edir. Assosiasiya öz tərəfdaşları ilə birlikdə Çin yüklərini marşruta cəlb etmək üçün bir il çalışıb. Bunun nəticəsidir ki, biz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteyner qatarlarının stabil daşınmasını müşahidə edirik.

Ən mühüm nailiyyət konteyner daşımalarının rekord sayda artması, 390 konteyner qatarına çatması olub. Əgər 2023-cü ildə Çindən cəmi 11 blok qatarı göndərilibsə, 2024-cü ildə bu rəqəm 358 konteyner qatarı olub və ya 30 dəfədən çox artıb. Bu, marşruta tələbatın yüksək olduğunu və işimizin səmərəliliyini nümayiş etdirir.

- Əvvəlki illə müqayisədə daşımaların həcmi necə dəyişib?

- 2024-cü ildə Orta Dəhliz kimi tanınan TITR ilə daşımalar tarixi maksimuma çatıb. Daşımaların ümumi həcmi artaraq 4,5 milyon tona çatıb ki, bunun da 3,3 milyon tonu Assosiasiya üzvlərinin (dəmir yolu və dəniz nəqliyyatı şirkətləri) payına düşüb. Bu göstərici 2023-cü illə müqayisədə 20 faiz çoxdur. Konteyner daşımalarından söz düşmüşkən, il ərzində 56,5 min TEU konteyner (iyirmi fut ekvivalenti – red.) daşınıb ki, bu da əvvəlki ilin göstəricilərindən 2,7 dəfə çoxdur. Bu rəqəmlər marşruta artan marağı və onun beynəlxalq logistika sistemində əhəmiyyətini vurğulayır.

- Marşrutla yükdaşımaların həcmini hansı ölkələr və ya şirkətlər artırıb?

- Əvvəla, bunlar Çin şirkətləridir. Çindən göndərilən konteyner qatarlarının sayı təxminən 35 dəfə artıb. Bununla belə, ənənəvi qazax yüklərini də unutmaq olmaz. Qazaxıstandan ixrac da artım nümayiş etdirir ki, bu da yerli bazar iştirakçılarının marşruta sadiqliyini və sabitliyini təsdiqləyir.

- Marşrutun qarşılaşdığı əsas problemlər hansılar olub və onlar necə həll edilib?

- Əsas çətinliklər qış dövründə əlverişsiz hava şəraiti və fider gəmilərinin çatışmazlığı idi. Təəssüf ki, hava ilə bağlı heç nə edə bilməsək də, gəmi çatışmazlığı problemini həll etmək üçün Assosiasiya üzvlərindən, o cümlədən Azərbaycan və Qazaxıstan gəmiçilik şirkətlərindən əlavə resurslar cəlb etmişik. Bu, limanlarda konteyner sıxlığı problemini qismən həll etməyə imkan verib.

- İnfrastrukturun təkmilləşdirilməsinə və ya logistikanın sadələşdirilməsinə yönəlmiş layihələr həyata keçirilibmi?

- Orta Dəhliz üçün 2024-cü ilin diqqətəlayiq hadisəsi bu marşrut üzrə yeni konteyner axınlarını yaradan Sian şəhərində (ÇXR) “NC KTZ” ASC-nin multimodal terminalının açılışı oldu. Bu gün konteyner qatarlarımızın 60 faizindən çoxu Sian şəhərindən yola düşür.

TITR-in Yol Xəritəsinin həyata keçirilməsi istiqamətində də işlər davam etdirilir. 2022-ci ildə dörd ölkənin - Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin nazirləri Orta Dəhliz marşrutunda eyni vaxtda darboğazların aradan qaldırılması üçün Yol Xəritəsi imzalayıblar. Bu təşəbbüs çərçivəsində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi başa çatıb. Bunun əsas məqsədi TITR-in rəqabət qabiliyyətini artırmaq və BTQ-i dəhlizin əsas yük arteriyalarından birinə çevirməkdir.

Bundan əlavə, bu il biz Qazaxıstan, Azərbaycan və Gürcüstanda bir sıra infrastruktur layihələrinin tamamlanaraq istifadəyə verilməsinin şahidi olacağıq. Bu, marşrutun tutumunu artıracaq və daşıma keyfiyyətini yüksəldəcək.

- 2023-cü illə müqayisədə marşrutun gəlirlərini artıra bildinizmi?

- İxrac və idxal malları üzrə logistika marşrutlarının şaxələndirilməsi kimi aşkar üstünlüklə yanaşı, TITR-ə üzv ölkələr malların öz ərazilərindən tranziti hesabına əlavə iqtisadi mənfəət əldə ediblər. Daşımaların həcmi artdıqca, şirkətlərin gəlirləri də artır ki, bu da ümumilikdə region iqtisadiyyatına müsbət təsir göstərir.

- Tariflər necə dəyişib və bu, marşrutun rəqabət qabiliyyətinə necə təsir edib?

- Nailiyyətlərdən danışarkən, həmçinin tariflərlə bağlı aparılan işləri qeyd etmək yerinə düşər. Assosiasiya üzvlərinin birgə səyləri sayəsində biz tarifləri sabit səviyyədə saxlamağa nail oluruq. 2025-ci ildə TITR tariflərini keçənilki səviyyədə saxladıq. Hesab edirik ki, belə sabit tarif siyasəti marşrutun sürətlə dəyişən qlobal logistika mühitində rəqabətədavamlı qalmasına imkan verir. Kiçik dəyişikliklər Xəzər dənizinin dayazlaşmasının nəticəsi olaraq müəyyən yüklər üçün ağır yük daşıyan konteynerlərə təsir etdi.

- Qlobal logistikada hansı dəyişikliklər, o cümlədən sanksiyalar və geosiyasi amillər marşruta təsir göstərib?

- 2024-cü ildə qlobal logistika bir sıra problemlərlə, o cümlədən Qırmızı dənizdə husilərin hərəkətləri səbəbindən yükdaşıma qiymətlərinin artması ilə üzləşdi. Bu, dəniz daşımalarının qiymətini artırdı və TITR kimi quru marşrutlarını yükgöndərənlər üçün daha cəlbedici etdi. Bundan əlavə, geosiyasi gərginlik və sanksiya rejimləri marşrutların şaxələndirilməsinin və alternativ nəqliyyat dəhlizlərinin inkişafının vacibliyini vurğulayaraq, eyni zamanda, logistika zəncirlərinə təsir etməkdə davam edir.

- 2024-cü ildə hansı yeni layihələr və ya müqavilələr imzalanıb?

- Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “PSA İnternational”, “Global DTC” və “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası arasında TITR-in ekoloji cəhətdən məsuliyyətli və səmərəli nəqliyyat marşrutu kimi təşviqində əməkdaşlığa dair Bəyannamə imzalanıb.

Bundan əlavə, 2024-cü ildə Assosiasiya ilə “DB Engineering & Consulting” şirkəti arasında əməkdaşlıq Memorandumu, həmçinin Çinin logistik platformaları (Çenqdu və Çonqinq) ilə strateji əməkdaşlığa dair çərçivə Sazişi kimi mühüm sənədlər imzalanıb.

- Marşrutun coğrafiyasını genişləndirə və ya yeni bazarlar cəlb edə bildinizmi?

- TITR marşrutunun coğrafiyası genişlənməkdə davam edir. 2024-cü ildə çinli tərəfdaşlarımız Avropaya yeni marşrutlar açan Bolqarıstan limanları vasitəsilə daşımaları həyata keçirməyə başladılar. Bundan əlavə, Macarıstan və Serbiya kimi ölkələr öz infrastrukturunu və əlverişli coğrafi mövqeyini təklif edərək TITR-ə qoşulmaqda maraqlı olduqlarını bildiriblər.

- Marşrutun səmərəliliyini artırmaq üçün hansı texnologiyalar və ya rəqəmsal həllər tətbiq edilib?

- 2024-cü ildə Çin və Qazaxıstan sərhədində gömrük tranzit mallarının bəyan edilməsi prosesi avtomatlaşdırılıb. “PSA İnternational” qrupunun üzvü olan “Global DTC” və “KTZ Express” SC də daxil olmaqla TITR iştirakçıları “Tez Customs” adlı çevik gömrük rəqəmsal platformasını istifadəyə verdilər. O, Çin və Qazaxıstan sərhədində tranzit yüklərin gömrük rəsmiləşdirilməsi prosedurunu avtomatlaşdırmaq üçün nəzərdə tutulub.

Bu gömrük sisteminin tətbiqi kağızsız sənəd dövriyyəsinə keçməyə və qatarın sərhəd stansiyasına çatdığı andan gömrük prosedurlarının başa çatdırılması üçün tələb olunan vaxtı 30 dəqiqəyə endirməyə imkan verib.

- 2024-cü ildə aparılan işlərdən hansı dərslər çıxarılıb və onlar marşrutun inkişaf strategiyasına necə təsir edəcək?

- 2024-cü ilin əsas dərsi hər zaman çağırışlara hazır olmaq zərurətidir. Biz gördük ki, gəmi çatışmazlığı və ya hava şəraiti kimi məsələlərin həllində çeviklik və həssaslıq marşrutun uğurunun açarıdır. 2025-ci ildə məqsədimiz təkcə mövcud həcmləri saxlamaq deyil, həm də onları əhəmiyyətli dərəcədə artırmaqdır. Bu məqsədlə biz donanmanın genişləndirilməsi və yanalma körpülərinin təkmilləşdirilməsi də daxil olmaqla, ötürmə qabiliyyətinin artırılması üzərində fəal iş aparacağıq. Həmçinin riskləri minimuma endirmək və daşımaların sabitliyini təmin etmək üçün tərəfdaşlarla əməkdaşlığı gücləndirməyi planlaşdırırıq.

- 2025-ci il üçün hansı layihələr və təşəbbüslər nəzərdə tutulub?

- BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 29-cu sessiyası çərçivəsində Qazaxıstan, Azərbaycan və Çin şirkətləri Ələt dəniz limanında intermodal yük terminalının yaradılmasına dair sazişlər imzalayıblar. Bu layihə Azərbaycan tərəfinin Ələt limanının torpaq sahəsini, yanalma körpülərini və terminal qurğularını verməsi nəticəsində mümkün olub. Terminalın TITR vasitəsilə Çin-Avropa-Çin marşrutu üzrə konteyner daşımalarının həcminin artmasına, çatdırılma müddətinin azaldılmasına və daşıma xərclərinin aşağı salınmasına töhfə verəcəyi gözlənilir.

- Cari ildə hansı yeni tendensiyalar və çağırışlar gözləyirsiniz?

- 2025-ci il üçün planlar iddialıdır: biz daşımaların ümumi həcminin 4 milyon tona çatacağını gözləyirik ki, bu da 2024-cü illə müqayisədə 20 faiz çoxdur. Konteyner daşımaları da nikbin perspektivlər göstərir: 96 min TEU konteynerinin daşınması proqnozlaşdırılır ki, bu da ötən ilin nəticələrindən təxminən iki dəfə çoxdur.

Bununla belə, başa düşürük ki, bu, ciddi çağırışdır. Bu məqsədlərə nail olmaq üçün infrastrukturun təkmilləşdirilməsi, innovativ həllərin tətbiqi və iştirakçı ölkələr arasında əməkdaşlığın gücləndirilməsi davam etdirilməlidir. Əminik ki, TITR-in davamlı inkişafı bizə bu problemlərin öhdəsindən gəlməyə imkan verəcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see144

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see141

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see138

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri