“Bakı Marafonu 2025”in qalibi: Qələbə qazanacağımı bilirdim
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bakıya qələbə üçün gəlmişdim”.
Bunu jurnalistlərə açıqlamasında “Bakı Marafonu 2025”in qalibi Ataş Sezgin deyib.
Türkiyəli atlet qələbə təəssüratlarını bölüşüb. 21 km məsafəni qət edən atlet yarışa qatılarkən özündən uğurlu nəticə gözlədiyini bildirib: "İllərdir ki, marafon qaçdığım üçün uzun məsafələrə öyrəncəliyəm. Ona görə də, çox çətinlik çəkmədim. Külək qaçmağımıza bir qədər mane oldu, ancaq ciddi problem yaratmadı”.
Atlet yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Bakıya ilk gəlişimdir. Qələbə qazanacağımı bilirdim. Bundan öncə dəfələrlə müxtəlif yarışlarda qalib olmuşam. Bakı haqqında maraqlı fikirlər eşitmişdim və bura gəlməyi çox istəyirdim. Burada çox möhtəşəm atmosfer var. Məni dəstəkləyən hər kəsə çox təşəkkür edirəm”.
Qeyd edək ki, 2016-cı ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2025”
idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 May 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















