12 illik təhsilə keçid mərhələli şəkildə olmalıdır
Icma.az, 525.az portalına istinadən məlumat verir.
"12 illik təhsil modelinə keçid müasir təhsil sisteminin tələblərinə cavab verən zəruri addımdır. Bu model şagirdlərin bilik və bacarıqlarının daha sistemli şəkildə formalaşmasına, onların həm akademik, həm də şəxsi inkişafına töhfə verə bilər. Lakin bu keçid ani və kütləvi şəkildə deyil, mərhələli formada və hazırlıqlı şəkildə baş verməlidir”.
Təhsil ekspert Elşən Qafarov bunu 525.az-a söyləyib. Onun dediyinə görə, ilk növbədə, təhsil proqramlarının məzmunu yenilənməli, müəllim heyəti bu dəyişikliyə uyğun şəkildə ixtisasartırma kurslarından keçməli, məktəblərin infrastruktur vəziyyəti qiymətləndirilməlidir:
“Valideynlər və şagirdlər arasında maarifləndirmə işi aparılmadan və təhsilin keyfiyyəti təmin olunmadan, bu keçid sadəcə müddətin uzadılması kimi qəbul edilə bilər. Halbuki məqsəd, müddətin yox, təhsilin keyfiyyətinin artırılması olmalıdır. Ona görə də 12 illik təhsilə keçid zamanla, təhlil və monitorinq əsasında mərhələli şəkildə həyata keçirilməlidir. Əks halda, gözlənilən nəticə əldə olunmaya bilər".
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 19 Avqust 2025 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















