Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Bakı məktəblisi NASA layihəsi qazanıb

Bakı məktəblisi NASA layihəsi qazanıb

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün böyüyən nəsil üçün təhsil yalnız dərs kitablarından ibarət deyil. Onlar müxtəlif biliklərin mənimsənilməsinə fərqli yanaşır, özlərini inkişaf etdirmək üçün alternativ mənbələrdən istifadə edirlər. Müsahiblərimiz zamanın çağırışlarına öz zəkalarına güvənərək cavab verməkdə qətiyyətli olan yaradıcı gənclərimizdən ikisi – “LANDAU School” məktəbinin 11-ci sinif şagirdləri Səbinə Abışova və Yusuf Kərimlidir.

– Əvvəlcə, özünüz, maraq dairəniz, gələcək planlarınız haqqında danışın.

Səbinə Abışova:

– 16 yaşım var. Tibb sahəsinə marağım böyükdür və təhsilimi də bu istiqamətdə davam etdirmək istəyirəm.

Yusuf Kərimli:

– Marağım aerokosmik və aviasiya sahələrinədir, təhsil planlarım da bu istiqamətdədir. Elm, mühəndislik, riyaziyyat, kritik düşüncə və xüsusi inklüziv mühitdə olan gənclər üçün müxtəlif layihələr təşkil edirik.

– Sosial mediada sizin təşkil etdiyiniz Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu barədə xəbərlər yayıldı. Bu forum ölkədə ilk dəfə idi keçirilirdi. Necə oldu ki, bu baş tutdu?

Yusuf Kərimli:

– Azərbaycan artıq kosmik tədqiqatlar istiqamətində tədbirlərin məkanına çevrilib. Ötən ilin oktyabrında Bakıda keçirilən “NASA Space Apps Challenge” tədbiri də gənclərin bu sahədə söz sahibi olmasına imkan yaratdı. Topladığımız təcrübələr, tədqiqatlarım ona imkan verdi ki, belə bir forumu Azərbaycanda keçirək. Bu ideyanı irəli sürəndə bizə inananlar da, inanmayanlar da var idi. Təsəvvür edin, 15 yaşında uşaqlar ölkəmizdə heç vaxt keçirilməyən beynəlxalq aerokosmik və rəqəmsal informasiyalarla bağlı forum təşkil edirlər. Nəhayət, bu ilin fevralında tədbirimiz baş tutdu. 5 paneldə 19 yaşdan aşağı yeniyetmələrin moderatorluğu ilə fərqli və maraqlı mövzularda gənclərin qarşısına çıxdıq.

Səbinə Abışova:

– Forumun əsas məqsədi aerokosmik və rəqəmsal innovasiyalara marağı olan gəncləri bir araya toplamaq və məlumatlar vermək idi. İşin əvvəlindən bilirdik ki, bizə dəstək göstəriləcək. Çünki 15-16 yaşındakı uşaqlar bu ağır yükü dəstəksiz həyata keçirə bilməz. İlk növbədə, kommunikasiyaların qurulması ilə başladıq. Belə ki, bir çox yerli və beynəlxalq dövlət və özəl qurumlara elektron müraciət ünvanladıq. Onlardan cəmi 6-sı bizə dəstək oldu. Bunların arasında Britaniya səfirliyi, “Nargis” fondu, “Azərcosmos” kimi qurum və təşkilatlar var idi. Orta və ali təhsil müəssisələrinə də müraciət etdik ki, marağı olan gənclər iştirak etmək üçün foruma qatıla bilərlər.

– Yusuf, bir xəbərdə oxudum ki, sizi ABŞ Aviasiya və Kosmos Agentliyi (NASA) nümayəndəliyinə üzv seçiblər. Həmçinin NASA-nın Bakıda keçirilmiş tədbirinin təşkilatçısı olmusunuz. Üzvlüyünüz hansı kriteriyalara görə olub?

– Hər il NASA-nın “Space Apps” qlobal miqyaslı hakatonu keçirilir. Keçən il orada dünyanın 185 ölkəsindən 60 mindən çox şagird və tələbə iştirak etmişdi. Bu hakaton dünyanın, 80 ölkəsində təşkil olunur. Əsas məqsəd NASA-nın qarşıya qoyduğu problemlərdən birinin həllini tapmaqdır. Bunun üçün iştirakçılar müxtəlif sahələrdən istedadlı insanlarla üz-üzə gəlir, bu mövzuları onlarla birgə araşdırmaq imkanı əldə edirlər. Nəticədə, gənclərin ideyaları startaplara çevrilir, daha da inkişaf etdirilərək həyata keçirilməsinə dəstək göstərilir. Mən də bu hakatona qoşulmaq üçün tədqiqatlarımın mövzusunu və digər məlumatlarımı göndərdim. 1 aydan sonra NASA-dan müsbət geridönüş etdilər. Beləcə, NASA-nın bir layihəsini Bakıda təsis etmək imkanı qazandım və ölkəmiz üzrə nümayəndə seçildim.

Səbinə Abışova:

– Biz müxtəlif sərgilərdə, təlimlərdə təmsil olunuruq və hətta özümüz təşkil edirik. Fəaliyyətimizin uğurla başa çatmasında hər zaman dövlət qurumlarının dəstəyini görə bilirik. Yusufun fikirlərinə əlavə olaraq, bizə dəstək olan qurumlardan Rəqəmsal İnkişaf və Nəqliyyat, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin adlarını çəkə bilərəm.

– Siz həm də ictimai fəaliyyət göstərirsiniz. Hətta bir qədər də irəli gedərək cəmiyyət yaratmısınız.

Yusuf Kərimli:

– Elədir. Bu işlərə 2023-cü ilin yayında başladıq. Məqsədimiz xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum, təhsildə inklüzivliyi zəif uşaqlara kömək etməkdir. Maarifləndirici tədbirlərlə onların həyatına sevinc qatmaq istəyirik. Hazırda bizim müxtəlif yaşlarda könüllülərimiz var və onların sayəsində bir çox işlər görmüşük.

Səbinə Abışova:

– 30-a yaxın tədbir keçirmişik. Başlanğıcda bir qədər çətinliyimiz oldu. Poçt məktubları göndərərək dövlət və özəl qurumlardan maliyyə dəstəyi ala bildik. Hazırda kifayət qədər təcrübəmiz var və işlərimizin daha dayanıqlı və davamlı olması naminə birlikdə çalışırıq.

– Yaşınızın az olmasına baxmayaraq, komandanız gənc nəslin inkişafı naminə hansısa işləri görməyə səy göstərir. Sizin kimi olmaq istəyən həmyaşıdlarınıza nə deyərdiniz?

Səbinə Abışova:

– Gənclər heç vaxt ruhdan düşməsinlər. 1-ci, 2-ci, 3-cü dəfə alınmasa da, 4-cü, 5-ci dəfə mütləq alınacaq. Təhsilə ciddi maraq göstərsinlər – əsas olan budur.

Yusuf Kərimli:

– Gənclər heç bir təşkilatı, qurumu gözləməməlidirlər. Özləri qurumlara getməli, layihələrini təqdim etməlidirlər. Əsas odur ki, bizi görməlidirlər. Onda mütləq bizə inanan təşkilat, qurum və ya şəxs olacaq.

Rizvan FİKRƏTOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri