“Bakı Metropoliteni” əvvəlki qrafikinə BU TARİXDƏ qayıdacaq
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bakı Metropolitenində baş verən texniki insidentlə əlaqədar texniki araşdırma və bir sıra texniki xarakterli tədbirlərin görülməsi davam etdirilir”.
Bu barədə Bizim.Media-nın sorğusuna "Bakı Metropoliteni"dən məlumat verilib.
Bildirilib ki, görülən tədbirlərə uyğun olaraq, Bakı Metropolitenində hərəkət qrafikinin həmişəki qaydada fəaliyyəti və mərhələli şəkildə tənzimlənməsi təmin olunacaq.
Qeyd edək ki, Bakı Metropoliteni xətlərində saat 12:00-dan etibarən 28 cüt qatar fəaliyyət göstərir.
Xatırladaq ki, dünən saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Bu səbəbdən "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Aprelin 22-də isə günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edib, "Bakmil" istiqamətində isə şənbə günü qrafikindən istifadə olunub.
Naibə Məmmədova, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 22 Aprel 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















