Icma.az
close
up
RU
“Bakı Metropoliteni” “Holcim” şirkətindən 1,8 milyonluq sement alacaq

“Bakı Metropoliteni” “Holcim” şirkətindən 1,8 milyonluq sement alacaq

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2024-cü ildə aparılacaq tikinti, təmir, abadlıq işləri üçün tələb olunan müxtəlif markalı sementin satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib.

“Bakı Metropoliteni” QSC ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 827 997,89 manatdır.

“Holcim (Azərbaycan)” ASC Azərbaycanda sement istehsalı sahəsində aparıcı şirkətlərdən biri hesab edilir.

seeBaxış sayı:96
embedMənbə:https://tribunainfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri