Icma.az
close
up
RU
“Stadionları insanların ayağına aparmalıyıq?” Valdas Dambrauskas

“Stadionları insanların ayağına aparmalıyıq?” Valdas Dambrauskas

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Stadionları insanların ayağına aparmalıyıq?” - Valdas Dambrauskas

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 13-cü turunda "Araz-Naxçıvan"a qalib gəldikləri matçı (2:0) şərh edib.

QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Bugünkü oyun bizim üçün böyük sınaq idi. “Barselona” ilə Çempionlar Liqası matçından sonra “Araz-Naxçıvan”la görüşə tam hazırlaşmaq imkanımız olmadı. Sadəcə, bərpa məşqi keçdik, bir qədər məşq etdik və oyuna çıxdıq. Bu, bizim üçün çox çətin qarşılaşma idi.

“Araz-Naxçıvan” topla çox yaxşı oynayırdı. İndiyədək qarşılaşdığımız komandaların 70-80 faizindən daha yaxşı şəkildə arxadan oyun qururdular. Ancaq qapımıza kifayət qədər zərbə endirə bilmədilər. Biz də yaxşı hazırlaşmışdıq. Bəzən pressinqimiz alınırdı, bəzən isə istədiyimiz kimi çıxış edə bilmirdik. Bununla belə, pressinqdən sonra 3-4 qol imkanı yaratdıq. Həmin epizodlarda fərqlənə bilməsək də, uzaq məsafədən iki möhtəşəm qolla qalib gəldik.

Futbolçularımı və “Sabah” ailəsini qələbə münasibətilə təbrik edirəm. “Barselona” ilə oyundan və yaşadığımız emosiyalardan sonra bu matça köklənmək asan deyildi.

Hakimliklə bağlı da fikirlərimi bildirmək istəyirəm. Bu gün verilən qərarları anlamaqda çətinlik çəkdim. Çempionlar Liqasından sonra ölkə çempionatına qayıdırıq və burada bəzən tamamilə fərqli qərarlarla qarşılaşırıq. Həddindən artıq sarı vərəqə göstərildi və düşünürəm ki, onların bəziləri əsassız idi. Heç vaxt hakimlərdən bizə kömək etmələrini istəməmişəm. Sadəcə, eyni qayda pozuntusuna görə hər iki komandaya eyni yanaşma göstərilməlidir. Bugünkü hakimlikdən razı qalmadım. Onu da deyim ki, məğlub olsaydıq, bu mövzuya toxunmayacaqdım".

- Artıq iki mövsümdür Azərbaycanda çalışırsınız. Əvvəlki oyunlarda hakimliklə bağlı danışmaq istəmirdiniz. İndi isə bu məsələyə münasibət bildirdiniz. Sizcə, Azərbaycan futbolunda hakimlik problemlərini necə həll etmək olar? Xarici hakimlərin dəvət edilməsi çıxış yolu ola bilərmi?

- Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Öz komandamda taktiki və idarəetmə ilə bağlı problemləri həll etmək üçün gecə-gündüz çalışıram. Hakimlik barədə danışmadığımı deyirsiniz, amma bəzi oyunlardan sonra bu mövzuya münasibət bildirmişəm. Xüsusilə stadionun işıqlarının söndüyü “Sabah” - “Sumqayıt” matçında iki qolumuzun ləğv edilməsindən sonra hakimlik barədə danışmışdım.

Bu gün hakimliklə bağlı həqiqətən də xoş təəssüratım yoxdur. Çempionlar Liqasında oynayanda hakimlərin qərarlarından narazı qalmırıq və ya ən azı onların hansı məntiqlə verildiyini anlayırıq. Bu gün isə qərarların məntiqini başa düşə bilmədim.

- Bugünkü oyunun hakimləri “Sabah”ın matçlarına ilk dəfə təyinat alırdılar...

- Gəlin bu mövzunu bağlayaq. Biz baş məşqçilər olaraq öz işimizə, komandamızın oyununu təhlil etməyə və inkişafına diqqət yetirməliyik. Yəqin ki, hakimlər də öz səhvlərini təhlil edərək, onları düzəltməyə çalışacaqlar.

- “Barselona” ilə oyunda 60 mindən çox azarkeş tribunada idi. Bu gün isə stadionda təxminən 1000-1200 tamaşaçı var idi. Bu mənzərə sizi məyus edirmi? Azarkeşlərə xüsusi çağırış etmək istərdinizmi?

- Siz məndən həm baş məşqçi, həm hakimlik, həm də marketinq mütəxəssisi olmağımı, azarkeşləri stadiona cəlb etməyimi istəyirsiniz. Bütün bunları eyni anda edə bilmərəm. Düşünürəm ki, bu, Azərbaycan futbolunun ümumi problemidir.

Türkiyənin birinci və ikinci liqalarına baxın. Azarkeşlər yerli komandalarını böyük həvəslə dəstəkləyirlər. Dünən Yuri Vernidubun da “Neftçi”nin azarkeşlərinə müraciət etdiyini eşitdim. O, tərəfdarları komandaya dəstək olmağa çağırır. Ancaq şəhərin mərkəzində yerləşən möhtəşəm stadionda belə, “Neftçi”nin oyunlarına azarkeş sayı çox olmur.

Ötən mövsüm 33 oyunluq məğlubiyyətsiz seriyamız oldu. Demək olar ki, hər matçda üç qol vurur, hücum futbolu oynayır, çoxsaylı qol imkanları yaradırdıq. 0:0 hesabı ilə bitən oyunlarımız çox az olurdu. Bu mövsüm isə belə nəticə yalnız “Neftçi” və “Qarabağ”la görüşlərdə qeydə alınıb. Digər matçlarda qollar və gərgin mübarizə olub. Buna baxmayaraq, azarkeş sayı istədiyimiz səviyyədə deyil.

“Barselona” gələndə təbii ki, stadiona 60 mindən çox insan toplaşır. Beynəlxalq oyunlara böyük maraq var, amma daxili çempionatda bunu görmürük. Hətta milli komandanın oyunlarında da 1000-dən çox azarkeş görmək çətindir.

Müsbət nümunələr də var. “Kəpəz” və “Turan Tovuz”un oyunlarında yerli azarkeşlərin komandalarını necə dəstəklədiklərini görürük. Bakıda isə vəziyyət fərqlidir. Bəlkə də burada komandaların sayı çoxdur, bəlkə də azarkeşləri stadiona cəlb etmək üçün daha yaxşı iş görülməlidir. Mən hansı çağırışı edim? Deyim ki, bazar ertəsi “İmişli” ilə oyuna gəlin, bizi dəstəkləyin? Bilmirəm, bu çağırışa kim cavab verəcək.

- Ola bilərmi ki, azarkeşlərin stadiona az gəlməsinin səbəbi arenaların şəhərin müxtəlif və uzaq ərazilərində yerləşməsidir?

- Bakı böyük şəhərdir. Bəs nə etməliyik? Stadionları insanların ayağına aparmalıyıq, yoxsa fərqli ərazilərdə oyun keçirməməliyik? Stadion şimalda olsa, cənubda yaşayanlar uzaq olduğunu deyəcəklər. Qərbdə və ya şərqdə yerləşsə, yenə eyni problem olacaq. Onda Qız qalasının yanında stadion tikməliyik ki, hamı piyada gəlib oyuna baxsın?

“Qalatasaray”, “Fənərbaxğça” və “Beşiktaş”ın stadionları da bütün azarkeşlər üçün yaxın ərazidə yerləşmir. Ancaq tərəfdarlar sevdikləri komandaya görə stadiona gəlirlər. Biz də Azərbaycanda bunu görmək istərdik.

Bu problem təkcə “Sabah”la bağlı deyil. “Qarabağ” da eyni vəziyyətlə üzləşir. Komanda 13 mövsümdür avrokuboklarda mübarizə aparır, amma daxili çempionat oyunlarında stadionda bəzən cəmi 500-700 azarkeş olur. “Neftçi” futbolumuzun flaqmanı sayılır. Buna baxmayaraq, stadion şəhərin mərkəzində yerləşsə də, komandanın oyunlarına gələn azarkeşlərin sayı azdır.

- Futbolçuların icarə əsasında çıxış etdikləri klublarda sabiq komandalarına qarşı oynamaması tez-tez müzakirə olunur. Bu gün Abdulla Rzayev də “Sabah”a qarşı meydana çıxmadı. Bu məsələyə münasibətiniz necədir?

- Məncə, bu, tamamilə normaldır və belə də olmalıdır. İcarəyə verilən futbolçuların sabiq komandalarına qarşı necə motivasiya ilə oynadıqlarını görürük. Halbuki həmin futbolçular bu istəyi əvvəlki komandalarında olduğu müddətdə, məşqlərdə və təlim-məşq toplanışlarında göstərməli idilər. Başqa kluba icarəyə getdikdən sonra sabiq komandalarına qarşı daha motivasiyalı olacaqlarını düşünmək düzgün deyil. Mən bu qərarı normal qəbul edirəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://qol.az
archiveBu xəbər 28 Noyabr 2026 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri