Icma.az
close
up
RU
Müjdə verildi: Hər kəs şəhərdən kəndə axın edəcək

Müjdə verildi: Hər kəs şəhərdən kəndə axın edəcək

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Milli Məclisin ötən gün keçirilən iclasında Azərbaycana ABŞ-dan kənd təsərrüfatı sahəsinə iri həcmli investisiyaların cəlb olunacağı ilə bağlı açıqlamalar səsləndirilib. Bildirilib ki, söhbət bir neçə milyard dollar həcmində investisiyadan gedə bilər. Çıxış zamanı vurğulanıb ki, ABŞ-dən ixtisaslı mütəxəssislərin Azərbaycana dəvət olunması kənd təsərrüfatının inkişafına ciddi töhfə verə bilər. Eyni zamanda qeyd edilib ki, 2023-cü ildən etibarən ölkədə kənd təsərrüfatı istehsalında azalma müşahidə olunur və bu, ərzaq məhsullarının idxalının artmasına səbəb olub. Mövcud şəraitdə bu sektora xarici investisiyaların cəlb edilməsi xüsusilə vacib hesab olunur.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan Milli Məclisin regional məsələlər komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Azərbaycan və ABŞ arasında imzalanmış siyasi tərəfdaşlıq sazişi bir sıra istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur və aqrar sektor da bu prioritet sahələrdən biridir:

"Sənəddə ABŞ investisiyalarının kənd təsərrüfatına yönəldilməsi xüsusi yer tutur. ABŞ bu gün dünyada intensiv kənd təsərrüfatı modeli formalaşdırmış, nisbətən az xərclə yüksək məhsuldarlıq əldə edən qabaqcıl ölkələrdən biridir. Bu baxımdan Amerika təcrübəsi Azərbaycan üçün maraqlı və faydalı ola bilər".

Deputat bildirib ki, əməkdaşlıq çərçivəsində yüksək məhsuldar bitki sortlarının və heyvandarlıq cinslərinin Azərbaycana gətirilməsi, müasir aqrar komplekslərin yaradılması, innovativ suvarma və idarəetmə sistemlərinin tətbiqi mümkündür:

"Bu, təkcə daxili bazarın təminatı baxımından deyil, həm də Azərbaycan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Söhbət yalnız investisiya qoyuluşundan deyil, kompleks yanaşmadan gedir. Texnologiya transferi, müasir idarəetmə modeli, logistika imkanlarının genişləndirilməsi və ixrac potensialının artırılması kimi məsələlər bu əməkdaşlığın əsas komponentləridir".

Aydın Mirzəzadə həmçinin vurğulayıb ki, Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir:

"Cənab Prezident çıxışında son 20 ildə ölkə iqtisadiyyatına ümumilikdə 350 milyard dollardan çox investisiya qoyulduğunu, həm yerli, həm də xarici investorların maraqlarının və gəlirlərinin qorunduğunu xatırladıb. Bu, Azərbaycanın investisiya mühiti baxımından etibarlı tərəfdaş olduğunu göstərir. ABŞ-ın aqrar sahədəki təcrübəsi Azərbaycan üçün maraqlıdır və bu istiqamətdə əməkdaşlığın genişlənməsi kənd təsərrüfatında məhsuldarlığın və səmərəliliyin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Fevral 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri