Icma.az
close
up
RU
Bakı metrosuna 300 milyon pul ayrıldı

Bakı metrosuna 300 milyon pul ayrıldı

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Asiya İnkişaf Bankı (AİB) Bakı metropolitenində siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması üçün 302,38 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiq edib.

"Report" AİB-yə istinadən xəbər verir ki, bu maliyyələşdirmə Bakıda metro xidmətlərinin daha təhlükəsiz, etibarlı və səmərəli olmasına, eləcə də genişlənən metro şəbəkəsinin effektiv fəaliyyətinin təmin edilməsinə kömək edəcək.

Layihə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən və 2,6 milyard ABŞ dolları dəyərində olan Bakı metropoliteninin genişləndirilməsi proqramının bir hissəsidir. Proqram çərçivəsində 9 stansiya, 2 depo və 20 kilometr uzunluğunda yeni tunellərin tikintisi, əlavə 300 metro vaqonunun alınması, habelə metropolitenin əməliyyat sistemlərinin modernləşdirilməsi nəzərdə tutulur. Layihə vasitəsilə metro xidmətlərinin əhatə dairəsi və daşıma qabiliyyətinin artırılması, eləcə də Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması hədəflənib. pizza

"Bu layihə rəqəmsal texnologiyalar vasitəsilə Bakı metropoliteninin gələcəyin tələblərinə cavab verən şəhər nəqliyyatı sisteminə çevrilməsi istiqamətində mühüm mərhələdir. Qabaqcıl siqnalizasiya texnologiyası və inteqrasiya olunmuş rəqəmsal əməliyyat sistemləri mövcud xidmətləri daha təhlükəsiz və daha etibarlı edəcək, eyni zamanda, Bakının sürətlə genişlənən metro şəbəkəsi üçün səmərəli fəaliyyətin əsasını təşkil edəcək", - AİB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal bildirib.

Dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən idarə olunan Bakı metropoliteni paytaxtda ictimai nəqliyyat sisteminin mühüm hissəsidir. Metropoliten təxminən 41 kilometrlik dəmir yolu xətti boyunca 27 stansiyaya xidmət göstərir və 2025-ci ildə metro vasitəsilə təxminən 220,4 milyon sərnişin daşınıb.

Bakı Metropolitenində siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması layihəsi mövcud siqnalizasiya sistemini müasir, rabitə əsaslı qatar idarəetmə texnologiyası ilə əvəz edəcək və əməliyyatların idarəetmə mərkəzini təkmilləşdirəcək. Bu investisiya vasitəsilə pik saatlarda qatarların daha qısa intervallarla hərəkət etməsi, həmçinin xidmətlərdə fasilələrə səbəb ola biləcək və sərnişinlərin təhlükəsizliyinə təsir edə biləcək əməliyyat hadisələrinin minimal səviyyəyə enməsi gözlənilir.

Siqnalizasiya sisteminin modernləşdirilməsindən əlavə, layihə korporativ fəaliyyət, aktivlərin idarə edilməsi, kibertəhlükəsizlik, sərnişin məlumatı və sərnişin sıxlığının idarə olunması üçün inteqrasiya edilmiş rəqəmsal sistemlərin tətbiqini nəzərdə tutur. Bu sistemlər yenilənmiş məlumat mərkəzləri və təhlükəsiz şəbəkə infrastrukturu ilə dəstəklənəcək. Bu investisiya "Bakı Metropoliteni" QSC-nin əməliyyatlara və quruma dair məlumatlardan daha səmərəli istifadə etməsinə, texniki xidmət və qərar qəbuletmə proseslərini təkmilləşdirməsinə, həmçinin enerji səmərəliliyini artırmasına imkan verəcək.

Həmçinin layihə texniki təlimlər və kadr potensialının inkişafı vasitəsilə "Bakı Metropoliteni" QSC-nin institusional potensialını və rəqəmsal imkanlarını gücləndirəcək. Bu layihə işə qəbul, təlim, sertifikatlaşdırma və karyera inkişafı tədbirləri vasitəsilə qadınların texniki və rəqəmsal sahəyə dair vəzifələrdə daha çox təmsil olunmasını təşviq edəcək.

Layihənin ümumi dəyəri təxminən 515,07 milyon ABŞ dollarıdır. Bu layihə üçün Asiya İnfrastruktur İnvestisiya Bankının 79,98 milyon ABŞ dolları həcmində birgə maliyyələşdirmə həyata keçirməsi, Azərbaycan hökumətinin isə 132,71 milyon ABŞ dolları həcmində maliyyə ayırması gözlənilir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Oktyabr 2026 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri