Icma.az
close
up
RU
Xaricdən ikinci telefon gətirənlər nə qədər gömrük rüsumu ödəyəcək? Komitədən açıqlama

Xaricdən ikinci telefon gətirənlər nə qədər gömrük rüsumu ödəyəcək? Komitədən açıqlama

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkəmizə elektronika avadanlıqlarını sifariş edən və ya şəxsi istifadəsi üçün özü ilə gətirən şəxslər üçün gömrük qaydalarında nəzərdə tutulan yeniliklər xüsusilə maraqlıdır.              

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Gömrük Komitəsinin İdarə Rəisi Adil Muradov bildirib ki, mövcud qanunvericiliyə əsasən, fiziki şəxslər hər təqvim ili ərzində bir dəfə olmaqla, ümumi dəyəri 800 ABŞ dollarını keçməyən elektron malları güzəştli qaydada ölkəyə gətirə bilərlər. Lakin burada yalnız malın dəyəri deyil, onun şəxsi istifadə üçün nəzərdə tutulub-tutulmaması da nəzərə alınır:

"Bu limitlər şəxsi istifadə norması çərçivəsində tətbiq edilir və həmin normanın müəyyən göstəriciləri də mövcuddur. Bu göstəricilər müvafiq qərarın 1.5-ci maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddəyə əsasən, malların şəxsi istifadə üçün nəzərdə tutulub-tutulmaması onların xassəsi, miqdarı və ölkəyə gətirilmə mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir.

Bu güzəşt mobil telefonların ölkəyə gətirilməsi zamanı da tətbiq olunur. Ancaq telefonun dəyəri müəyyən edilmiş limiti aşarsa, artıq qalan məbləğə uyğun gömrük ödənişləri hesablanır.

İkinci mobil cihazın gətirilməsi zamanı isə gömrük ödənişləri fərqli qaydada tətbiq olunur. Mobil cihazlar, yəni mobil telefonlar və bu siyahıya daxil olan digər mallar yazılı formada bəyan edilməli olan mallar siyahısına daxildir.

Bunun səbəbi həmin malların identifikasiya kodunun, yəni IMEI kodunun qeydiyyata alınması zərurəti və bu mallara münasibətdə təqvim ili ərzində bir ədəd cihazın güzəştli qaydada ölkəyə buraxılmasının nəzərdə tutulmasıdır.

Belə ki, şəxsin özü ilə gətirdiyi mobil cihazın və ya telefonun dəyəri 800 ABŞ dollarından yüksək olarsa, bu halda qeyd etdiyim güzəşt limiti, yəni 800 ABŞ dolları cihazın dəyərindən çıxılır. Qalan məbləğə isə mövcud gömrük ödənişləri - gömrük rüsumu, əlavə dəyər vergisi və gömrük yığımı tətbiq olunur.

Əgər şəxs il ərzində ikinci mobil telefonu bəyan etmək istəyərsə, bu halda 800 ABŞ dolları güzəşt limiti nəzərə alınmadan, cihazın tam dəyəri əsasında gömrük ödənişləri hesablanır. Bundan əlavə, həmin cihazın bəyan edilməsi zamanı aksiz və digər müvafiq ödənişlər də tətbiq oluna bilər".

Qeyd edək ki, xaricdən elektronika malları gətirərkən yalnız məhsulun qiymətini deyil, gömrük güzəştlərinin şərtlərini də nəzərə almaq vacibdir. Əks halda, sifariş edilən və ya ölkəyə gətirilən cihaz gözləniləndən daha baha başa gələ bilər. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Noyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see311

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see289

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see278

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see278

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see264

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see259

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see257

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see255

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see240

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see238

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see236

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see235

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see231

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see226

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see224

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see223

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see221

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see216

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see210

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri