Icma.az
close
up
RU
Bakı metrosunda maliyyə labirinti 100 milyon manat haradadır?

Bakı metrosunda maliyyə labirinti 100 milyon manat haradadır?

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) aparılmış audit yoxlamaları zamanı bir sıra qeyri-müəyyənliklər aşkar edilib. Bu, əmlak və avadanlıqların qiymətləndirilməsi, eləcə də sərnişindaşıma gəlirlərinin uçotu ilə bağlı bir sıra qeyri-müəyyənliklər ortaya çıxıb.

Milli.Az QSC-nin maliyyə sənədlərinə istinadən xəbər verir ki, dəyərsizləşmə yoxlaması çərçivəsində bəzi əsas vəsaitlərin ədalətli dəyəri keçmiş dövrlərin satınalma qiymətlərinə əsasən hesablanıb, lakin bu aktivlərə dair sənədlər saxlanılmayıb.

Belə ki, 2018-ci ilədək alınmış və dəyərsizləşmədən əvvəl ümumi balans dəyəri 75 milyon 85 min manat olan əsas vəsaitlərin 31 dekabr 2024-cü il tarixinə silinmə xərcləri çıxılmaqla hesablanmış ədalətli dəyəri 28 min 597 min manat təşkil edib. Eyni zamanda, bəzi əmlak və avadanlıq obyektləri üzrə ədalətli dəyərin müəyyən edilməsi mümkün olmayıb və həmin aktivlərin dəyəri 9 milyon 328 min manat xalis qalıq dəyəri səviyyəsində qəbul edilib.

Audit zamanı "Bakı Metropoliteni"nin sərnişindaşıma üzrə gəlirlərinin tamlığı da qiymətləndirilib.

Gəlirlərin uçotu üçün istifadə olunan sistemin ümumi İT nəzarət mexanizmləri yoxlanılsa da, sistemin effektivliyi ilə bağlı kifayət qədər audit sübutu toplanmayıb. Bu səbəbdən, 31 dekabr 2024-cü il tarixinə başa çatan il üzrə 100 milyon 647 min manat məbləğində sərnişindaşıma gəlirinin tamlığı təsdiq edilməyib.

Audit "Deloitte" beynəlxalq audit şəbəkəsinə daxil olan qurum tərəfindən aparılıb.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Dekabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri