Icma.az
close
up
RU
Bakı Moskva arasında körpü: “Xeyirdən xeyir doğar”

Bakı Moskva arasında körpü: “Xeyirdən xeyir doğar”

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı Rusiya Federasiyasının Prezidentini doğum günü münasibətilə təbrik edib.

Vladimir Putin təbriklərə görə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığını vacib adlandırıb.

Bugünkü brifinqdə Kremlin sözçüsü dövlət başçıları arasında telefon danışığının olduğunu təsdiqləyib.

“Həqiqətən telefon zəngi olub. Bu, vacibdir. Prezident Əliyev Prezident Putini ad günü münasibətilə təbrik edib. Hələlik bu günə bunu deyə bilərəm”, - Peskov qeyd edib.


Politoloq Tofiq Abbasov Sherg.az-a deyib ki, hazırkı vəziyyətdə iki tərəfli münasibətlərin yeni mərhələyə keçməsi gündəmdədir:


"Çünki ötən ilin dekabrında baş verən təyyarə qəzasından sonra Rusiya bir qədər anlaşılmaz mövqe sərgilədi. Bu isə əvvəlcədən formalaşmış etibarlı münasibətlərin ruhuna və kontekstinə yad bir yanaşma idi. Azərbaycan tərəfi haqlı olaraq qəzanın səbəblərinin araşdırılması, günahkarların müəyyənləşdirilib cəzalandırılması və zərərçəkənlərin ailələrinə kompensasiyanın ödənilməsi ilə bağlı tələblər irəli sürdü. Bu, Kremlin xoşuna gəlmədi. Lakin əslində Rusiya özü bütün qanunvericilik normalarını, həmçinin etik qaydaları pozaraq səhlənkarlıq nümayiş etdirdi. Bütün bunlar yolverilməz bir məsələ idi. Çünki ilk növbədə ölkələrimiz həm tərəfdaş, həm də qonşudur. Üstəlik, biz 2022-ci ilin əvvəlində strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamışdıq. Bütün bunları nəzərə alaraq Rusiya özünü daha məsuliyyətli və dost münasibətinə uyğun şəkildə aparmalı idi. Prezident İlham Əliyevin atdığı addım çox vacib və böyüklük nümunəsidir. Dövlət başçısının rusiyalı həmkarına ad günü münasibətilə zəng etməsi və təbrik göndərməsi münasibətlərin normallaşması üçün yeni bir körpü yaratdı. Bu, həm də Azərbaycanın münasibətlərdə səmimi və açıq niyyətini göstərir. Əsas məsələ yaranmış soyuqluğu aradan qaldırmaqdır. Bu yaxınlarda Baş nazirin müavini Şahin Mustafayevin Rusiya tərəfi ilə Əstrxanda keçirdiyi görüşdə bir sıra işçi sənədlər imzalanıb. Hər iki tərəf bu münasibətlərdən fayda və dividendlər əldə edirsə, deməli, bu əlaqələri göz bəbəyi kimi qorumaq, qarşılıqlı faydalı əməkdaşlıq motivlərini gücləndirmək lazımdır. Burada dərin bir fəlsəfə yoxdur. Sadəcə, aydın və praqmatik yanaşma sərgilənməlidir. Rusiya anlamalıdır ki, o, böyük dövlət və supergüc olsa da, Azərbaycanın mövqeyinə, şərəfinə və çəkisinə hörmətlə yanaşmalıdır. Hər bir dövlətin özünəməxsus davranış tərzi və siyasi duruşu var. Azərbaycan isə Qafqaz bölgəsində sülhün və təhlükəsizliyin qorunmasında ən mühüm rollardan birini oynayır. Moskva bunu dəyərləndirməlidir.

Azərbaycan diplomatiyası çevikliyi və universallığı ilə seçilir. Qonşu dövlətlə uzunmüddətli soyuqluğun yaşanması anormal haldır. Əksinə, sabit şəraitdə münasibətlərin davamlı və dinamik olması vacibdir".


Analitikin fikrincə, həm Azərbaycan, həm də Rusiya üçün “xeyirdən xeyir doğar” prinsipi keçərlidir:

"Əgər qarşılıqlı xeyir varsa, onun qədrini bilmək və onu artırmaq lazımdır. Bu baxımdan, gələcək əməkdaşlığın əsas istiqamətləri nəqliyyat-kommunikasiya xətlərinin istismarı, enerji sahəsində birgə layihələr, eləcə də tranzit daşımalarının həcminin artırılmasıdır. Bu sahələrdə Azərbaycan və Rusiya mütəxəssisləri yorulmadan çalışır və əməkdaşlığın müsbət dinamikası göz önündədir. Bundan başqa, turizm sahəsində əlaqələrin genişləndirilməsi də böyük əhəmiyyət daşıyır. Rusiya vətəndaşlarının Azərbaycanda istirahətə üstünlük verməsi bu sahənin potensialını göstərir. Deməli, bu istiqamətdə əməkdaşlığın dərinləşməsi və yeni birgə layihələrin reallaşması da vacib gündəm məsələlərindəndir.

Dövlət rəhbərlərinin bu məsələlərə münasibəti də məhz bu kontekstdən irəli gəlməlidir. Prezident İlham Əliyevin son zəngi iki ölkə münasibətlərinə müsbət təsir göstərib və qarşılıqlı inkişaf meyillərini daha da gücləndirəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri