Icma.az
close
up
RU
Bakı Mühəndislik Universitetinin 2026 cı il üzrə birincisi

Bakı Mühəndislik Universitetinin 2026 cı il üzrə birincisi

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 iyul, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) kompüter mühəndisliyi ixtisasının məzunu Zərifə Əlili 98.68 balla 2026-cı il üzrə ali məktəbin birincisi olub.

Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib.

Zərifə Əlili Qax rayonu şəhid Əziz Abdullayev adına Marsan kənd tam orta məktəbini bitirib. 2022-ci ildə DİM-in qəbul imtahanlarından 626 bal toplayaraq BMU-nun kompüter mühəndisliyi ixtisasına qəbul olub. Bu sahəni seçməyi xüsusi bir səbəblə başlayıb. Orta məktəbdə oxuduğu illərdə informatika fənni üzrə kompüterdən istifadə imkanının dərs saatı ilə əlaqədar məhdudluğu, bu gərəkli texniki cihazda ürəyi istəyən qədər çalışa bilməməsi onda dərin məyusluq yaradıb. “Gələcəkdə elə yol seçəcəm ki, kompüter artıq mənim həyatımın bir parçası olsun”- deyə kömpüter mühəndisliyi ixtisası üzrə mütəxəssis olmağa qərar verib. Məqsədyönlülüyü onu bu arzusuna qovuşdurub. Universitet həyatında da daim oxuyan, fəallıq göstərən, intizamı ilə fərqlənən Zərifə müxtəlif layihələrə qatılıb və mükafatlar qazanıb. Elm və Təhsil Nazirliyinin, həmçinin Təhsilin İnkişafı Fondunun müxtəlif təqaüd proqramlarının qaliblərindən biri olub.

Zərifə Əlili gənclərimizin keyfiyyətli və beynəlxalq standartlara uyğun təhsil alması üçün yaradılan geniş imkanlara, diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirirır. Eyni zamanda, yüksəkixtisaslı kadrların hazırlanması, tələbələrin hərtərəfli inkişafı üçün əlverişli mühitin formalaşdığı BMU-dan bəhs edərək vurğulayır ki, qazandığı uğurlarda bu şəraitin və müəllimlərinin əməyi əvəzsizdir. Onlar öz zəngin bilik və təcrübələrini əsirgəməyib, peşəkar və şəxsi inkişafına töhfə veriblər.

BMU birincisinin ən böyük minnətdarlığı isə hər zaman yanında olan valideynlərinədir. Çünki tələbəlik həyatının ilk günündən etibarən ona güvəniblər; universitet birincisi olacağına inanıb, uğurlarına daim sevinib və çətinliklərində hər zaman dayaq olublar.

Magistratura təhsilini də BMU-da almağı planlayan Zərifə Əlili əmin edir ki, layiqli vətəndaş, peşəkar mütəxəssis olacaq. Azərbaycanın Zəfəri, inkişafı və əldə etdiyi nailiyyətlərlə hər zaman qürur duyacaq, ölkəmizin tərəqqisinə öz bilik və əməyi ilə töhfə verməyə çalışacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri