Icma.az
close
up
RU
Bakı Mühəndislik Universitetinin 2025 ci il üzrə birincisi

Bakı Mühəndislik Universitetinin 2025 ci il üzrə birincisi

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 iyul, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) informasiya texnologiyaları ixtisasından məzun olan Səidə Ərəbova 98.94 balla 2025-ci il üzrə ali məktəbin birincisidir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsi Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanı müvəffəqiyyətlə bitirən Səidə Ərəbovanın ilk ali təhsil yolu Azərbaycan Tibb Universitetindən (ATU) başlayıb. 2013-cü ildə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarında 635 bal toplayaraq ATU-nun müalicə işi ixtisasına ödənişli əsaslarla qəbul olub. 2019-cu ildə həmin universiteti uğurla başa vurub, lakin informasiya texnologiyalarının sürətlə inkişaf etməsi, həyatımızın ayrılmaz bir parçasına çevrilməsi onda innovativ sahələrə güclü maraq oyadıb və dövlətimizin verdiyi imkanlardan yararlanaraq ikinci ali təhsil almaq qərarına gəlib. Bu dəfə I ixtisas qrupuna müstəqil şəkildə hazırlaşaraq 2021-ci ildə keçirilən imtahanlarda 541.8 bal toplayıb və BMU-nun informasiya texnologiyaları ixtisasına qəbul olub.

BMU-nun tələbəyə yanaşması, müasir və keyfiyyətli təhsil imkanları, elmi-pedaqoji heyətinin peşəkarlığından məmnun qalan Səidə Ərəbova belə bir mühitdə dərslərinə həvəslə çalışıb və universitet birincisi kimi məzun olmağı bacarıb.

O, təhsil aldığı dövrdə yüksək fəallığı və bir sıra uğurları ilə seçilib. Belə ki, İnnovasiyalar mərkəzi, “Bilişim Vadisi Bakı” və “Saha Robotics”in təşkil etdiyi robotik kodlama düşərgəsində iştirak edib. Sonra “Azərbaycan 2030 və dayanıqlı inkişaf” tələbə müsabiqəsinə qatılıb. “Girls Code” platformasının təşkil etdiyi təqaüd proqramının qalibi olub və tam təqaüdlə “Data Science” təhsili alıb. Əlavə olaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “StrategEast” və “Oracle”ın təşkil etdiyi “Digital Level Up” proqramının “Data Science” modulu üzrə iştirakçısı olub. Oracle-ın “Data Science” professional sertifikatını əldə edib. Eləcə də “Pasha Hub”ın təşkil etdiyi “Future Shapers” proqramının finalçısı olub. Keçən ay “AIAcademy”də “AI engineer” kursu üçün tam təqaüd qazanıb. Karyerasını süni intellekt sahəsində qurmağı planlaşdıran BMU birincisi hazırda nüfuzlu özəl şirkətdə süni intellekt üzrə təcrübə keçir.

Səidə Ərəbova təhsilindəki uğurlarında əvəzsiz rolu olan obyektiv, qayğıkeş müəllimlərinə, heç zaman dəstəyini ondan əsirgəməyən ailəsinə minnətdarlıq edir və karyera yolunun uğurlu başlayacağına, suverenliyi tam təmin edilmiş qalib dövlətimizə faydalı olacağına dərindən inanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri