Icma.az
close
up
RU
Bakı Nəbatat Bağı, Oruc kişi, balaca dibçək gülü...

Bakı Nəbatat Bağı, Oruc kişi, balaca dibçək gülü...

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda yenidən qurulmuş və bərpa olunmuş Mərkəzi Nəbatat Bağının açılışını izlədim. Çox gözəl iş görülüb. Məlumat verildi ki, MNB-in ərazisi 39 hektardan 45 hektara qədər genişləndirilib. Çağdaş standartlara uyğun yeni oranjereya, fontan tikilib. Əvvəlki oranjereya əsaslı təmir olunub və sair.

Yadıma MNB-in keçmiş direktoru, mərhum Oruc İbadlı düşdü. Milli Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru, sadə, gözəl insan. Ağsaqqal alim, zəhmətkeş adam - Oruc müəllim. Oruc kişi.

Əslən Qarabağdan, Füzuli rayonunun Dövlətyarlı kəndindən olan Oruc kişi öz rayonunda, Gəncədə, Bakıda oxuyub yetişmişdi. Təbiətin dilini, illah da Qafqazın təbitini, Abşeronun təbiətini, ayrıca xalq təbabətini gözəl bilirdi.

2000-ci illərin əvvəlində telefonumu tapıb mənə zəng eləmişdi. Xeyli danışmışdıq. Söhbətindən məlum olmuşdu ki, mənim ən diqqətli oxucularımdan biridir.

Yazı-pozu adamına bundan böyük stimul nə ola bilər?! Orta məktəbin 6-cı sinfində oxuyanda, mənim rayon qəzetində bir balaca yazım çıxmışdı. İlk dəfə idi. Sevindiyimdən qəzeti əlimdən buraxmırdım; evdə, çöldə, məktəbdə - hər yerdə o qəzet mənim yanımdaydı. Amma 2000-ci illərdə artıq mən on ildən çox idi jurnalistikadaydım, az da olsa, oxucularım vardı. İndiki kimi sosial şəbəkələr yox idi; oxucularımız bizi, biz də onları uzaqdan-uzağa tanıyırdıq. Çox az qismi ilə şəxsən tanış idik. Elələri olurdu ki, özləri axtarıb tapır, təşəkkür edir, telefonda söhbətləşirdi. Oruc kişi o oxuculardan idi ki, məni şəxsən görmək istəmişdi. Yaz vaxtıydı. Telefonda dedi: "Gəlin, Botanika Bağına, görüşək. Güllərimiz də açıb".

Mən də getdim. Bağın qapısından içəri keçdim. Mühafizəçidən direktorun oturduğu yeri soruşdum.

Ahıl kişi bu sözlərimə ürəkdən gülüb, əlini çiynimə qoydu, dedi: "Bala, otağı bir bir az irəlidədir. Amma ora getmə".

Duruxduğumu görüb, səmimi təbəsümlə: "Heç otaqda oturmur ki. Oranjereyadadır indi" dedi. Oranjereyanın yerini göstərdi. Gedib, içəri keçdim, gördüm, ahıl bir kişi gülləri sulayır, təxminən özü yaşda bir qadın isə gül kollarının dibindəki alaq otlarını təmizləyir. Hər ikisinin əlləri, üst-başı toz-torpaq içindəydi. Sonradan biləcəkdim ki, bu kişi MNB-ın direktoru, qadın isə onun xanımıdır.

Məni görüb, heç nə demədən bir neçə saniyə üzümə baxdı.

- Həə, sənsən. Amma, dədə, şəkildə bir başqa cürsən e, tanımadım. Səni hündür boylu, belə cüssəli təsəvvür eləmişdim. Elə mən boydaymışsan ki,-deyib güldü.

Sonra dönüb, xanımına dedi;

- Gör, kim gəlib, sənə demişdim.

Dedi: "Mənə müəllim demə. Bu toz-torpağın içində nə müəllim?! Gələndə eləcə soruş ki, Oruc kişi hardadır?"

Güldüm, dedim: "Baş üstə". O ordan başladım Oruc kişi ilə söhbətə. Saatların necə keçdiyini bilmədim. Elə oranjereyanın içində çay dəmləndi, içdik. Sağollaşanda, dedi: "Al, bu dibçəyi, götür. Qorxma, dövlət malı deyil, evdən gətirmişdim". Götürmürdüm, israr elədi: "Bala, hamı sənin kimi olsaydı, nə vardı. Bir balaca imkan versək, dartıb-dağıdarlar buraları. Sənə öz gülümü verirəm, götürmürsən".

Yumorla, səmimiyyətlə balaca dibçəyi mənə verdi.

Şux, zarafatcıl, amma dərin adam idi Oruc kişi. Necə deyərlər, yerin altını da bilirdi, üstünü də.

...Vaxtı ilə eyni yataqxanada qaldığımız tanışımla - geologiya fakültəsinin məzunu ilə illər sonra qarşılaşanda salam-kəlamdan sonra yarızarafatla soruşmuşdum:

- İndi siz yerin altını da bilirsiniz, üstünü də?

Demişdi:

- Yox, altını bizdən soruşurlar, üstünü sizdən.

Bunu Oruc kişiyə də danışmışdım, zarafatla bioloqları soruşmuşdum.

O da gülüb, demişdi "Yox, dədə, bizimki uçandı, qaçandı. Bir də bu bitkilər, kollar, gül-çiçək..."

Amma axır-axırda Oruc kişi ilə görüşəndə görürdüm, əvvəlki kimi ürəkdən gülə bilmir. Gözlərində qəzəb, kədər, yorğunluq, nigarançılıq görürdüm. Bir dəfə infarkt da keçirmişdi. Bir oliqarx Bağın bir hissəsini zəbt eləyib, yaşayış binaları tikməyə başlamışdı. Oruc kişi də onunla məhkəmə çəkişməsinə çıxmışdı, Bağı oliqarxın tamahından qorumağa çalışırdı. Mən də ona yazı-pozu ilə dəstək verdim. Amma nə Oruc kişinin gücü çatdı o oliqarxa, nə qəzetin. O adamın böyük gücü, Oruc kişinin isə zəif ürəyi vardı. Dözmədi, dözə bilmədi. Bu Bağ o mənə verdiyi dibçək gülü kimi özünün deyildi; evdən gətirməmişdi. Dövlət malı idi. Amma Oruc kişi dövlət malını öz canından artıq qoruyurdu. O bağdakı hər gül, hər ağac, hər tikan belə ona doğmaydı. Oruc kişi o Bağda, sözün bütün mənalarında, can qoydu. Bağın yolunda canını qoydu...

Yaşasaydı, bu günkü Bağa baxardı. Necə hisslər keçirərdi, görəsən?! Yəqin çox sevinərdi. Axı Bağ genişləndirilib, səliqə-sahman da öz yerində.

Vəzifəli adam idi, Oruc kişi, amma vəzifə adamı deyildi. Həm də heç vəzifə adamı deyildi.

Əqidə adamı idi, Oruc kişi. Həm də çox əqidəli adam! Ruhu cənnətdə olsun!

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri