Icma.az
close
up
RU
Bakı Paşinyanı deyil, sülh gündəliyini dəstəkləyir Şərh

Bakı Paşinyanı deyil, sülh gündəliyini dəstəkləyir Şərh

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycanın 4 məhkumu Ermənistana təhvil verməsini, qonşu ölkəyə neft məhsullarının satılmasının artıq davamlı ticarət əlaqəsi xarakteri almasını, Türkiyənin xarici işlər naziri Hakan Fidanın rəsmi İrəvanın konstruktiv siyasət yeritməsi haqda son açıqlamasını orada Rusiyaya bağlı media, eləcə də siyasətçilər qarşıdakı parlament seçkisində Nikol Paşinyanın dəstəklənməsi kimi qiymətləndirirlər. Bu, bir tərəfdən qərəzli, digər tərəfdən isə bəsit yanaşmadır. Bəsitlik ondadır ki, Azərbaycanın atdığı addımlar Nikol Paşinyanın reytinqinin artmasına yox, bu regionda sülhdə maraqlı olmayan dövlətlərin təsirlərinin zəifləməsinə yönəlib. 

“Güclü həm də humanist olur” prinsipindən çıxış edən Azərbaycan, həm beynəlxalq auditoriyaya, həm də hay toplumuna birincisi, bununla sülh təşəbbüsünü özü irəli sürdüyü kimi, onu sözdən, sənəddən əmələ çevirənin də məhz özü olduğunu və olacağını başa salır. Yəni bu, əslində, güc göstərmənin yumşaq metodudur. Çünki Ermənistana neft məhsullarının satılması kimi, Qarabağdakı hərbi xuntanın başında duranlardan bir çox baxımdan fərqlənən 4 hay məhkumun həbsdən azad edilməsi də təzyiq nəticəsində olmayıb”.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Deputatın sözlərinə görə, bu, etimad quruculuğuna xidmət edən, sülh prosesini irəli aparan və onu əngəlləməyə çalışanların da əl-qolunu bağlayan addımlardır. “Sadəcə, Ermənistanın kimlərdən yanacaq asılılığında olduğunu xatırlatsaq, öncəki cümlədəki fikirlərin nə dərəcədə əsaslı olduğunu isbatlamağa yəqin ki, ehtiyac qalmayacaq.

Beynəlxalq auditoriya, eləcə də hay toplumu özü də aydın görür ki, Birinci Qarabağ savaşında məhz bu regionda qarşıdurmada maraqlı olanların yaxından dəstəyi ilə üstün mövqe qazanan Ermənistan ələ keçirdiyi şəhər və kəndlərimizi darmadağın etdiyi, bizə qarşı düşmənçilik siyasətini daha da gücləndirdiyi halda, Azərbaycan tam fərqli addımlar atır. “Ermənistanın blokadası” kimi təqdim edilən məhdudiyyətləri nəinki aradan qaldırır, ona tranzit ölkəyə çevrilmək, müstəqil siyasət yeritmək şansı yaradır, enerji təhlükəsizliyində mühüm rol oynamağa başlayır. Onlardan fərqli olaraq təkəbbürlü və aşağılayıcı davranışlara yol vermir”, -o qeyd edib.

Deputat əlavə edib ki, yəni sözün hər anlamında böyüklüyünü göstərir:
“Bütün bunlar həm də onun üçündür ki, Ermənistandakı toplum yaxşı-yaxşı götür-qoy etsin: onlara nə və kim əl verir? Özlərindən hər baxımdan qat-qat güclü olan Azərbaycan və Türkiyə ilə düşmənçilik narrativindən çıxış edənlərmi, yoxsa reallığı düzgün qiymətləndirərək praqmatik siyasət yeritməyə üstünlük verənlərmi? Yəni burada məqsəd bir daha vurğulayırıq, heç də hazırda məhz belə siyasət yeritdiyi təəssüratı yaradan Ermənistan hakimiyyətini dəstəkləmək deyil, sülh gündəliyinin, normallaşma prosesinin önəmliliyini, qarşılıqlı fayda və əmin-amanlıq baxımından hər iki tərəf üçün alternativsizliyini anlamayanlara da anlatmaqdır”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Yanvar 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri