Yorğa qaçışları üzrə Zəfər Kuboku keçirilib FOTOLAR
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yorğa qaçışları üzrə "Zəfər Kuboku" keçirilib.
Bu barədə SİA-ya Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən bildirilib.
Yarış konsert proqramı ilə başlayıb. Ardınca Dövlət Sərhəd Xidməti Akademiyasının kursantları Azərbaycan bayrağını və "Zəfər Günü"nün simvolu olan 44 rəqəmini fləşmobla nümayiş etdiriblər. Sonra qaçışda iştirak edən çaparların paradı olub və mübarizəyə start verilib.
Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş budəfəki turnirdə start xəttinə Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 80-ə yaxın atlı çıxıb. Onlar 1200–3200 metr məsafə aralığında olan 14 kateqoriya üzrə yarışırlar. 1400 metr məsafəyə yürüşdə Bakı çaparı, "Karatay" atının jokeyi Murad Həsənli qalib gəlib. Gəncəli Xəlil Allahverdiyevin "Kabus" yorğası 1600 metr məsafədə birinci olub. 1650 metr məsafəyə qaçışda isə Xocalıdan olan Vaqif Abdurəhmanovun "Cəllad" atı finişə birinci çatıb.
Qalan məsafələrə qaçışların nəticələri hakimlər kollegiyası tərəfindən xüsusi videomüşahidələr vasitəsilə bir daha təhlil olunacaq və elan ediləcək.
Qeyd edək ki, yorğa qaçışları üzrə mövsümə noyabrın 10-da keçiriləcək əsas yarışla yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 09 Noyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















