Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Bakı Pekin, Bakı Vaşinqton əlaqələri yeni dünya nizamının standartlarını və yol xəritəsini müəyyənləşdirir

Bakı Pekin, Bakı Vaşinqton əlaqələri yeni dünya nizamının standartlarını və yol xəritəsini müəyyənləşdirir

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycan beynəlxalq aləmin yeni münasibətlər sistemini formalaşdırır

Müasir qlobal çağırışlar əməkdaşlığa və ortaq dəyərlərin bölüşülməsinə hədəflənir - çoxtərəfli platformalarda sıx əməkdaşlıq üçün yaradılan zəmin bəşəriyyətin ümumi problemlərinin həllində açar rolunu oynayır. Qlobal nizamın əsas dayaq nöqtələri isə müasir trasformasiyaya uyğun olaraq tənzimlənir - etiraf olunur ki, qlobal problemlərin həllində, beynəlxalq iqtisadi-siyasi əlaqələrin qurulmasında, hətta ən kəskin kataklizmlərin və toqquşmaların qarşısının alınmasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi dayanır. Başqa sözlə, beynəlxalq ədalətin səmərəli şəkildə müdafiəsində aparıcı funksiyanı məhz münasibətlərin ən ön sıraya çıxması yerinə yetirir.

Etiraf olunmalıdır ki, son 15 ildə Azərbaycan qlobal məkanda həm aparıcı regional lider, həm də qlobal logistik öncül kimi şöhrət qazanıb. Diqqət yetirsək, Bakının aparıcı rolu nəinki yerləşdiyi coğrafiyada, daha böyük geostrateji iqtisadi-siyasi platformalarda vurğulanır, təqdirəlayiq sayılır. Azərbaycanın yeni qlobal proseslərdəki rolunun artması, yeni perspektiv əməkdaşlıqların meydana çıxması isə bir daha onu göstərir ki, rəsmi Bakı apardığı siyasi-iqtisadi strategiyada uzaqgörənlik, operativlik, çevik dəyərləndirmə kimi mühüm ştrixləri ön plana çıxarır - bu, müasir çağırışlara, müasir standartlara söykənərək yürüdülən dövlət siyasətinin növbəti təsdiqidir. Əlaqələrin inkişaf etdirilməsi isə yeni iqtisadi-siyasi situasiyanın üfüqlərinin genişlənməsidir. İndiki halda Azərbaycanın beynəlxalq aləmin diqqət mərkəzində olan yeni dünya düzənindəki rolunun artmasına yol açan bir çox addımlar, illər öncə xəyal belə edilə bilməyən məsələlər reallığa çevrilir:

- Zəngəzur xətti (TRİPP) “vahid iqtisadi-siyasi yol” predmeti kimi həm Çin, həm də ABŞ tərəfindən təqdir olunur, ön plana çıxarılır;

- Dünyanın iqtisadi - ticari nüvəsinin coğrafi parametrləri dəyişir (bu məsələdə Çin və ABŞ ilə yaxın əlaqələr birmənalı olaraq yeni situasiyanın mərkəzində yer alır).

Yeni nizamın nümunəvi əməkdaşlıq dekreti

Azərbaycan apardığı geniş siyasi mahiyyətə malik kurs regionda yeni beynəlxalq münasibətlər sistemini nizamlayır. Bölgənin təhlükəsizlik immuniteti gücləndirilir, qlobal proseslərə müdaxilə imkanları yaranır. Bu amil TDT-nin funksionallığının artmasından tutmuş, Şərq-Qərb kontenti üzrə inteqrasiyanın yenilənməsi, dinamizm qazanması kimi aktiv müşahidə olunan proseslərdəki rolumuza nümunə sayıla bilər. Çin-Qərb xətti üzərində Azərbaycanın fərdi nüfuzu ilə yanaşı həm regional, həm də qlobal maraqların çarpazlaşma nöqtəsi olması uzlaşma meyillərini gücləndirir. Bununla da, yeni dövr üçün aktuallıq daşıyacaq əməkdaşlıq platformaları gündəmə gəlir, mövcud olanlar isə gücləndirilir.

Azərbaycanın yaratdığı bu mənzərə həm də ortada olan imkanlardan yararlanmaq üçün fürsət deməkdir. Nəticə etibarı ilə, qlobal məkanın gənc, amma qətiyyəti, birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq yeni beynəlxalq əlaqələr sisteminin humanizm prinsipləri əsasında qurulması cəhdləri dəstəklənir. Azərbaycan və Çin bu mühüm tabloda özünəməxsus, olduqca vacib, ən əsası isə strateji tərəfdaşlığa söykənən bir konsepsiya nümayiş etdirir. Ötən il Astanada iki ölkə arasında imzalanan Birgə Bəyannamə, bu ilin aprelində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”  yeni nizamın nümunəvi əməkdaşlıq dekreti də sayıla bilər - hər iki ölkə çoxtərəfli əlaqələrin qarşılıqlı maraqlarla uzlaşdırılmasının faktoloji sənədləşməsini ortaya qoydu. Prezident İlham Əliyev sentyabrın 1-də Çinin Tiencin şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdəki çıxışında bildirib ki, Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.

Pekin - Bakı strateji münasibətləri: təhlükəsizlik, inkişaf təşəbbüsləri, sivilizasiyalararası əlaqələrin dərinləşdirilməsi...

Dövlət başçısı  çıxışında bildirib ki, Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir: “Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq”.

Azərbaycan özünün beynəlxalq siyasət kursunu milli maraqlar çərçivəsində və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində qurub. Bu siyasətin mərkəzində sülh, təhlükəsizlik, inkişaf və beynəlxalq əməkdaşlığın təşviqi dayanır. Azərbaycan yalnız regional deyil, həm də qlobal miqyasda müxtəlif təşəbbüslərə qoşularaq beynəlxalq münasibətlərdə dialoq, tərəfdaşlıq və qarşılıqlı hörmətin möhkəmlənməsinə mühüm töhfələr verir. Bu kontekstdə Bakı son illərdə Çin tərəfindən irəli sürülmüş bir sıra qlobal təşəbbüslərə verdiyi dəstəklə həm öz mövqeyini, həm də beynəlxalq ədalət və sülh naminə prinsipial yanaşmasını ortaya qoyur.

 - Qlobal İnkişaf Təşəbbüsü əsasən dayanıqlı inkişaf məqsədlərinin sürətləndirilməsi, yoxsulluğun azaldılması, iqlim dəyişikliyinə qarşı mübarizə və sosial-iqtisadi rifahın təmin olunmasına xidmət edir. Azərbaycanın bu təşəbbüsə verdiyi dəstək təsadüfi deyil. Bakı özü də regional inkişafın əsas lokomotivlərindən biridir və enerji, nəqliyyat-logistika, rəqəmsal transformasiya sahələrində həyata keçirdiyi layihələrlə beynəlxalq iqtisadi əməkdaşlığa real töhfələr verir. Ölkə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün milli səviyyədə konkret proqramlar həyata keçirir və regional əməkdaşlıq vasitəsilə həm Orta Dəhliz, həm də “Yaşıl enerji dəhlizi” kimi layihələrlə qlobal miqyasda inkişaf prosesinə inteqrasiya olunur.

- Qlobal Təhlükəsizlik Təşəbbüsünün və Qlobal Sivilizasiya Təşəbbüsünün dəstəklənməsinə gəldikdə isə, burada hərbi aspektlərlə yanaşı enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, ekoloji təhlükəsizlik və kibertəhlükəsizlik kimi yeni istiqamətlər ortaya çıxıb. Çin tərəfindən irəli sürülmüş Qlobal Təhlükəsizlik Təşəbbüsünün əsas fəlsəfəsi də məhz budur -Azərbaycan bu təşəbbüsü dəstəkləməklə beynəlxalq sistemdə güc siyasətinə yox, dialoq və əməkdaşlığa üstünlük verdiyini bir daha nümayiş etdirir. Digər tərəfdən, Qlobal Sivilizasiya Təşəbbüsü dövlətlər arasında mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmətin və multikultural dəyərlərin gücləndirilməsini nəzərdə tutur. Azərbaycan bu təşəbbüsə dəstək verməklə öz milli siyasətini də beynəlxalq müstəviyə çıxarır. Çünki Azərbaycan uzun illərdir ki, mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilib, Bakı Prosesi, BMT Sivilizasiyalar Alyansı çərçivəsində tədbirlərə ev sahibliyi edib.

- Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsü beynəlxalq münasibətlərin ədalətli əsaslar üzərində qurulmasını, dövlətlərin suveren bərabərliyi prinsipinin qorunmasını, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa hörməti əsas götürür. Bu təşəbbüs, əslində, mövcud beynəlxalq sistemdəki ziddiyyətlərə və ikili standartlara alternativ bir baxış təqdim edir. Bakı isə hər zaman beynəlxalq hüququn aliliyini, dövlətlərin daxili işlərinə qarışmama prinsipini və suverenliyə hörməti əsas götürüb. Qarabağ məsələsində də Azərbaycanın mövqeyi məhz bu prinsiplərə əsaslanırdı. Buna görə də, Azərbaycanın Qlobal İdarəetmə Təşəbbüsünə verdiyi dəstək yalnız diplomatik jest deyil, həm də öz milli maraqlarının və beynəlxalq hüquqa sadiqliyinin ifadəsidir.

Nəticə etibarı ilə, Azərbaycanın qlobal təşəbbüslərə verdiyi dəstək onu beynəlxalq münasibətlərdə sülh, təhlükəsizlik və inkişaf tərəfdarı kimi möhkəmləndirir. Azərbaycanın mövqeyi göstərir ki, ölkəmiz qlobal təşəbbüslərin passiv iştirakçısı deyil, əksinə, onların fəal dəstəkçisi və regional miqyasda həyata keçirilməsinə təkan verən mühüm aktordur.

ABŞ-Azərbaycan strateji əməkdaşlığı: prioritet məsələlər yeni nizamın aparıcı predmetləridir

Diqqət yetirsək, Azərbaycan regional miqyasda əməkdaşlığın sərhədlərini genişləndirmək üçün ən real tənzimləyiciyə çevrilib. Azərbaycan Çin ilə əməkdaşlığı fonunda həm də ABŞ ilə yeni mərhələdə strateji tərəfdaşlığı inkişaf etdirməyi prioritet kimi ön plana çıxarır - Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması da məhz bu amilə xidmət edir. Diqqət yetirsək, iki ölkə hökumətləri arasında imzalanan Anlaşma Memorandumunun məqsədi kimi Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün formalaşdırılacaq Strateji İşçi Qrupunun əsas hədəflənəcəyi sahələr arasında enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələr, eləcə də müdafiə məhsullarının satışı və terrorizmə qarşı mübarizə daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıq dayanır. Qeyd edildyi kimi, regional bağlantıların (əməkdaşlıq platformalarının) inkişafı və terrorizmə qarşı mübarizə predmetləri əslində yeni nizamın ən aparıcı ünsürləri qismində çıxış etməkdədir. Yəni, Azərbaycan bu gün qlobal cəhətlər arasında körpü rolunu oynamaqla beynəlxalq əməkdaşlığın inkişafına xüsusi töhfələr verir. Bu isə Prezident İlham Əliyevin yürütdüyü çoxtərəfli əməkdaşlıq siyasətinin mühüm uğurlarındandır...

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Sentyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see478

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see384

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see340

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see322

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see291

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see165

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see150

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri