Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Bakı qara qitə nin mənzərəsini dəyişdirir 5 əsas məqam

Bakı qara qitə nin mənzərəsini dəyişdirir 5 əsas məqam

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 27-də Qvineya-Bisau Prezidenti Umaru Sisokunu qəbul edib. Liderlər arasında təkbətək görüş baş tutub.

Son zamanlar Afrika ölkələrinin dövlət və hökumət başçılarının ölkəyə səfərlərinin sıxlaşması diqqət çəkir. Fevralın 11-də də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfərə gəlmişdi.

Prinsip etibarilə Qvineya-Bisau bizim üçün uzaq, müəyyən mənada məlumatımızın az olduğu ölkədir. Lakin rəsmi Bakı digər Afrika ölkələri kimi Qvineya-Bisau ilə də əməkdaşlıqda maraqlı olduğu mesajını verir.

Hər iki dövləti yaxınlaşdıran bir sıra faktorlar var:

Birincisi, Azərbaycan bir çox Avropa ölkəsindən fərqli olaraq Afrika regionuna geri qalmış ya da əhəmiyyətsiz baxışı sərgiləmir. Əksinə, bütövlükdə qitənin, ayrılıqda isə spesifik Afrika ölkələrinin rolunu, yarada biləcəkləri iqtisadi və siyasi dividentləri dərk edir. Bundan başqa İlham Əliyevin Afrika liderlərinə sərgilədiyi mövqe və ehtiram da digər Avropa və ya inkişaf etmiş ölkə rəhbərlərindən fərqlənmir. Bu da öz növbəsində ölkəmiz üçün yeni dostluqlar və əməkdaşlıqlar qapısını açır.

İkincisi, Azərbaycan siyasi və iqtisadi baxımdan sabit ölkədir. Bu, Qərb üçün birmənalı olmasa da, Afrika ölkələrinə görə ciddi örnəkdir. Əslində Qvineya-Bisaunu da bizə yaxınlaşdıran məqam məhz sabitlik, iqtisadi inkişaf faktorudur. Misal üçün 2022-ci ildə Qvineya-Bisau Respublikasının paytaxtı Bissauda dövlət çevrilişinə cəhd olmuşdu.

Üçüncüsü, Qvineya-Bisaunun Azərbaycandan örnək ala biləcəyi şeylər var. Məsələn, Umaru Sisoku Embalo mətbuata açıqlamasında Azərbaycanın polis və hərbi məktəblərində təlim keçmək üçün ölkəsindən ilk heyətin gələcəyini bildirdi. Bundan başqa o, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayevlə birlikdə ordumuzun komando hərbi hissələrindən birini ziyarət edib. Digər maraqlı detal isə rəsmi səfər çərçivəsində Umaru Sisoku Embalonun “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmasıdır. Təkcə bu üç detal belə onu deməyə əsas verir ki, Qvineya-Bisau Azərbaycan təcrübəsindən, uğurlu modellərindən faydalana bilər.

Dördüncüsü, Qvineya-Bisaunun prezidenti mətbuata çıxışı zamanı bildirib ki, Sovet İttifaqı vaxtlarında ölkəsinin bir çox texniki heyət üzvləri Azərbaycanda təhsil alıb. Həqiqətən də ölkəmiz SSRİ dövründə həm cənub-şərqi Asiya, həm Amerika, həm də Afrika regionlarından olan tələbələrin təhsil üçün axın etdiyi başlıca məkan idi. Bunun bərpasına ehtiyac var. Hətta Qarabağ universitetini seçəcək afrikalı tələbələrə daha geniş imkanlar yaradıla bilər.

Beşincisi, Qvineya-Bisaunu Azərbaycana yaxınlaşdıran ən önəmli məsələ son illərdə artan beynəlxalq nüfuzumuzdur. Faktiki olaraq beynəlxalq təzyiqlər və maneələrə baxmayaraq, müharibə yolu ilə də olsa, Qarabağ münaqişəsini həll etdik. Bundan başqa ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrlik və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi də mühüm əhəmiyyət kəsb edir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Fevral 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri