Icma.az
close
up
RU
Bakı qara qutunu necə açdı: Əliyevin qətiyyəti geopolitik böhranı blokladı

Bakı qara qutunu necə açdı: Əliyevin qətiyyəti geopolitik böhranı blokladı

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Rusiya prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyevə zəng edərək, üzrxahlıq etməsi baş verən hadisəyə münasibətdə və iki ölkənin strateji tərəfdaşlığı baxımından, doğru addımdır... Halbuki, bu, qətiyyən yetərli deyil, çünki rəsmi Bakı haqlı olaraq, Kremldən həm də bu hadisənin baş verməsində günahkar olanların cəzalandırılmasını və kompensasiyanın ödənməsini də gözləyir...
Azərbaycan və Rusiya arasında müttəfiqlik fəaliyyəti barədə bəyannamə mövcuddur. Ancaq Kremlin son davranışları Rusiyanın Azərbaycana münasibətdə müttəfiqlik fəaliyyəti içərisində olduğunu qətiyyən biruzə vermir. Əksinə, hazırda Rusiya Azərbaycanla müttəfiqlik münasibətinə sarsıdıcı zərbə xarakteri daşıyan addımlar atır. Və Azərbaycan dövlətinin bütün bunlara müşahidəçi qalacağı isə qətiyyən inandırıcı görünmür.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın Qroznı şəhəri üzərində "qəza"ya uğraması iki ölkə arasındakı münasibətlərdə siyası çatların qabarıq şəkildə ortaya çıxmasına səbəb olub. Üstəlik, bunun əsas günahı və siyasi məsuliyyəti məhz Rusiyanın üzərinə düşür.  Çünki Azərbaycanın sərnişin təyyarəsinin "qəza"ya uğraması ilə bağlı hadisənin ətrafında kifayət qədər müəmmalı məqamlar mövcuddur. Və bu müəmmalı məqamlara aydınlıq gətirilməsi də məhz Rusiyanın beynəlxalq hüquq normaları çərçivəsində borcudur.

Məsələ ondadır ki, Azərbaycanın sərnişin təyyarəsinə Rusiyanın Qroznı şəhərində eniş icazəsi verilməyib. "Zədələnmiş" sərnişin təyyarəsi əvvəlcə Rusiyanın Mahaçqala hava limanına yönləndirib, ancaq eniş icazəsi verilməyib. Bunun ardınca daha yaxın məsafədə hava limanları olsa da, Azərbaycanın sərnişin təyyarəsi daha uzaq məsafəli Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Və ən böyük müəmma da məhz burada ortaya çıxır.

Rusiya hava nəqliyyatı dispetçerlərinin bu davranışlarında hansı məqsədlər güdülüb? Bu sualın cavabı artıq məlumdur və Aktau şəhərində yerə çırpılmış sərnişin təyyarəsinə baxış zamanı hətta "qara qutu"dakı məlumatlara ehtiyac duyulmadan kənar müdaxilənin olduğu dəqiqləşib. Yəni artıq heç kim şübhə etmir ki, rusiyalı dispetçerlər sərnişin təyyarəsinə Qroznıda eniş icazəsi verməyəndə hava layneri Rusiya hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıbmış. Sərnişin təyyarəsinin gövdəsində Rusiyanın "Pantsir-S" raketinin açdığı dəliklər mövcuddur. Və bu, məhz Qroznı şəhəri üzərində baş verib.

Təbii ki, Rusiya hərbi-siyasi dairələri, eləcə də, Qroznıdakı yerli strukturlar bundan ciddi şəkildə narahat olaraq, tez-tələsik baş verən beynəlxalq cinayətin izlərini itirmək barədə düşünüblər. İnsanların xilas edilməsi əvəzinə sərnişin təyyarəsi ən təhlükəli variant üzrə Xəzər dənizi üzərindən Aktauya yönəldilib və naviqasiya sistemi də məqsədli şəkildə sıradan çıxarılıb. Yəni, pilotların baş verən hadisə barədə həqiqəti Bakıya ötürmə imkanları bloklanıb, sərnişin təyyarəsinin Xəzər dənizində batırılması ilə beynəlxalq cinayətin izlərini itirmək məqsədi güdülüb.

Ancaq pilotların yüksək peşəkarlığı sayəsində Rusiyada bu məkrli oyunu quranların planı pozulub. Çünki quru ərzində yerə çırpılan təyyarəyə qeyri-peşəkar baxış belə, raket zərbələrinin izlərini ayırd etmək imkanı verir. Üstəlik, sağ qalan sərnişinlər də raket zərbələrini təsdiqləyən açıqlamalar verirlər. AZAL-dan verilən açıqlamada sərnişin təyyarəsinin kənar müdaxilə ucbatından qəzaya uğradığının qabardılması da bu baxımdan, böyük önəm daşıyır.

Görünən ondan ibarətdir ki, rəsmi Bakı bu məsələdə qətiyyətli və prinsipial mövqe tutmaqdan qətiyyən çəkinmədi. Azərbaycanın rəsmi dairələri Rusiyanın sərnişin təyyarəsinin Qroznı üzərində raketlə vurulması ilə hadisəyə dərhal adekvat reaksiya verdilər. Əvvəlcə baş verən hadisə barədə real məlumatlar yerli və ictimaiyyətə operativ şəkildə çatdırılmasına nail olundu. Və bununla da, törədilən hadisənin günahını "quş sürüsü"nün yükləyib, ört-basdır edilməsinə imkan verilmədi.

Digər maraqlı məqamlardan biri odur ki, Kreml bu hadisəyə münasibətdə sükunətini qorumağa çalışsa da, Çeçenistan rəhbəri Ramzan Kadırov əvvəlcə Azərbaycana kompensasiya təklif etdi. Ardınca isə Qroznı üzərində vurulmuş sərnişin təyyarəsi ilə bağlı Çeçenistan ərazisində matəm elan etdi. Və bu, baş verən hadisə ilə bağlı Qroznıda müəyyən narahatlığın olduğunu göstərirdi.

Ona görə də, müəyyən mənada, Azərbaycanın sərnişin təyyarəsinin vurulması ilə bağlı müəmmaların toplandığı əsl "qara qutu"nun məhz Qroznıda olduğunu da ehtimal etmək mümkündür. Ancaq Qroznıdan gələn kompensasiya təklifini geri çevirən rəsmi Bakının və xüsusilə də, Prezident İlham Əliyevin qətiyyətli, prinsipial və çevik addımları bu "qara quru"nun uzun müddət qapalı qalmasına imkan vermədi. Və artıq bir çoxlarına baş verən hadisənin arxasında gizlənən bəzi sirlərin nələrdən ibarət ola biləcəyi böyük ölçüdə aydındır.

İndi Kremlin israrlı sükunətinin əsas səbəbinin Qroznıdakı "qara qutu" ilə bağlı ola biləcəyinə o qədər də böyük şübhə yeri qalmayıb. Halbuki, ABŞ-ın sərnişin təyyarəsinin vurulma əlamətlərini ifadə edən məlumatlara malik olmasını bəyanlaması, eyni zamanda, Türkiyənin və Braziliyanın öz ekspertlərini Aktauya göndərməsi həqiqətlərin ört-basdır edilməsinə yönəlik cəhdləri boşa çıxardı. Hətta rəsmi Astana belə, "quş sürüsü" ilə bağlı versiyanın Rusiyaya aid olduğunu qabartmaqla, Kremlin narrativlərindən imtina etdi. Və nəhayət, Qazaxıstan prezidenti Tokayev araşdırmanın obyektiv şəkildə aparılacağını bəyanladı.

Ona görə də, Kreml üçün seçim etmək ehtiyacı yaranmış oldu. Belə ki, Rusiya siyasi dairələri ya sərnişin təyyarəsinin "quş sürüsü" ucbatından qəzaya uğradığını iddia edərək, Azərbaycanla pozitiv münasibətləri risk altına atacaqdı. Ya da bunun əksinə, Azərbaycan kimi önəmli strateji tərəfdaşı itirməmək üçün baş verənlərin arxasındakı həqiqəti etiraf edəcəkdi. Üstəlik, Sergey Markov, Pavel Felqenqauer və s. kimi rusiyalı ekspertlər reallığın gizlədilməsinin mümkün olmadığını, Kremlin əvvəl-axır əsl həqiqəti etiraf edərək, Azərbaycandan üzr istəməsini tövsiyyə edirdilər.

Maraqlıdır ki, sərnişin təyyarəsinin "qara qutu"su hələ araşdırılmasa da, rəsmi Bakı baş verən hadisənin "qara qutu"sunu açmağa artıq nail olub və bununla da demək olar ki, yeni bir geopolitik böhran təhlükəsini böyük ölçüdə bloklayıb. Çünki Rusiya prezidenti Vladimir Putin Azərbaycan lideri İlham Əliyevə artıq zəng edib və üzrxahlıq edib. Bu, baş verən hadisəyə münasibətdə ən doğru addımdır. Həm də beynəlxalq praktikaya tamamilə uyğundur.

Halbuki, bu, qətiyyən yetərli deyil. Çünki rəsmi Bakı Kremldən həm də bu hadisənin baş verməsində günahkar olanların cəzalandırılmasını və kompensasiyanın ödənməsini də gözləyir. Və rəsmi Bakı hadisənin ümumi "qara qutu"sunu artıq açdığından, Kremlin araşdırmanın sonunu gözləməsinə qətiyyən ehtiyac qalmayıb.(musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Dekabr 2024 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri