Icma.az
close
up
RU
Əliyevin qətiyyəti ilə İranın dar ağacından asdığı şovinizm müqəvvası

Əliyevin qətiyyəti ilə İranın dar ağacından asdığı şovinizm müqəvvası

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elçin Aslangil yazır...

Azərbaycan və İran prezidentləri İlham Əliyev və Məsud Pezeşkian tarixi minillərə dayanan ortaq mədəniyyətin iki xalqını biri-birinə necə yaxınlaşdırdılar?

Bu yumşalmanın bir adı var - qan bağı və qarşılıqlı hörmət!

Pezeşkianın yaxın keçmişdə Bakıya səfəri zamanı "Heydər baba" dili ilə İlham Əliyevin və Azərbaycan xalqının ürəyini sərinlətməsi bir dil hadisəsidir. Ortaq dil diplomatiyası şovinizmə qalib gəldi və nəhayətində belə bir dil mənzərəsi ortaya çıxdı:

"Burada bir şir darda qalıb bağırır,

Mürüvvətsiz insanları çağırır".

İndi darda qalıb bağıran "şir"in imdadına yetişən Azərbaycan olacaq.

İqtisadi tərəfdən hər iki ölkənin çıxarları və potensialı böyükdür. Ətrafındakı ölkələrin çoxu ilə heç də yaxşı yola getməyən İran Azərbaycanla olan qonşuluq siyasətinə şovinizm müqəvvasını dar ağacından asaraq yenidən göz gəzdirir.

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edərək xidmət rəisini qətlə yetirib, iki əməkdaşı da yaralayan İran vətəndaşı Yasin Hüseynzadənin edam cəzasının yerinə yetirilməsi, sadəcə, diplomatik jest deyil.

Bu, dərin tarixi kökləri olan, zəngin mənəvi irsə söykənən, bir musiqiyə köklənən xalqların barışdırılmasıdır. Zaman-zaman siyasi maraqlar, regionda təsir dairəsi uğrunda mübarizələr, dini və ideoloji fərqlər bu iki xalqı bir-birindən uzaqlaşdırmağa çalışsa da, nəhayət, söz və dil qələbə çaldı.

"Ruhu rəvan olanın günü də firavan olar".

Gördünüzmü dilin hökmünü? O dil ki, kökləri Nizamidən, Füzulidən, Şəhriyardan gəlir. O dil ki, əsrlərdir nəinki ədəbi nümunələr yaratmaqda, həm də qardaşlıq körpüləri salmaqda əsas vasitə olub.

Pezeşkianın Azərbaycan xalqının könlünü "Heydər baba" şeiri ilə oxşaması, sadəcə, poetik bir çıxış deyildi - bu, bir dil hadisəsi, bir mədəni manifest idi. Bu hadisə sübut etdi ki, ortaq dil və mədəniyyət şovinizmin, nifrət ritorikasının, süni sərhədlərin fövqündə dayanır.

Azərbaycan və İranın iqtisadi maraqları və imkanları bir-birini tamamlayır. Azərbaycanın Cənubi Qafqaz və Xəzər hövzəsində strateji mövqeyi, zəngin enerji resursları və inkişaf edən logistika infrastrukturu İranın böyük daxili bazarı və geostrateji mövqeyi ilə sinxronlaşdıqda bu əməkdaşlıq region üçün mühüm dönüş nöqtəsi ola bilər.

İranın qonşuları ilə münasibətləri zaman-zaman gərgin olub. Bu gərginlik fonunda İranın Azərbaycanla olan əlaqələrini yenidən gözdən keçirməsi həm də reallığı qəbul etməsi anlamına gəlir. İran bu gün anlayır ki, Azərbaycan təkcə regional deyil, qlobal əhəmiyyətə malik tərəfdaşdır. Bu gün Azərbaycan bir çox siyasi güclər arasında barışdırıcı tərəf rolunu oynayan aktordur.

Azərbaycan həm də Yeni Kaledoniya kimi etnik və siyasi şovinizmdən əziyyət çəkən xalqlar üçün bir ümid səsi, bir ədalət simvoludur.

İran görür ki, uzun illər müttəfiq hesab etdiyi Ermənistan öz ərazisində ABŞ və digər Qərb qüvvələrinin hərbi varlığına şərait yaradır. Ermənistanın Zəngəzura yad qüvvələri yerləşdirməsi İranın milli təhlükəsizlik və regional sabitlik baxımından ciddi təhdid olaraq qəbul etdiyi addımdır. Bunu başa düşən İran Ermənistanın artıq etibarlı tərəfdaş olmadığını anlayır və bu zaman öz tarixi, mədəni qohumu olan Azərbaycanla yaxınlaşmaq məcburiyyətində qalır.

Bu yaxınlaşma təkcə "Traktur"un İran çempionu olması və ya şovinizmin çökdürülməsi ilə kifayətlənməməlidir. İran Konstitusiyasının 15-ci maddəsini - yəni qeyri-fars xalqların ana dilində təhsil hüququnu - real və effektiv şəkildə həyata keçirməlidir. Dilin rəvanlığı millətin firavanlığıdır.

Bu gün İran Azərbaycan səfirliyinə hücum edən şəxsi cəzalandıraraq hüququn və ədalətin tərəfində olduğunu göstərdi. Hüququ pozanların cəzasını vermək regionda sabitliyin qorunması üçün mühüm addımdır.

Bu dəyişikliklər həm İran, həm də region ölkələri üçün yeni bir ümid dövrü ola bilər. İran artıq Azərbaycanı bir təhlükə kimi yox, dost və tərəfdaş kimi qəbul edir.

İran bu gün şovinizmi - yəni reallıqdan uzaq, başqa xalqlara qarşı üstünlük iddiasında olan zehniyyəti - dar ağacından asdı. Bu gün İran regionda iğtişaş yaradan fitnə-fəsadı dar ağacından asdı. Azından, bu niyyətdə olduğunu nümayiş etdirdi.

İranın həqiqəti dərk etməsi ilə mənim bu həqiqəti dərk etməyim arasında Pezeşkian surətində bir ümid var. İranın həqiqəti qəbul etməsi reallıqdan uzaq düşüncələri inkar etməklə mümkün oldu. Bu inkar isə İlham Əliyev və Məsud Pezeşkian tərəfindən formalaşdırılan, hər iki xalqa səadət gətirəcək yeni bir mərhələnin, regionda sabitliyin, sülhün və tərəqqinin əsasını qoyur.

Bu yaxınlaşma, sadəcə, diplomatik bir jest deyil - bu, yüzilliklərin qoparılmış tellərinin yenidən toxunması, qırılmış könüllərin yenidən birləşməsi deməkdir. Bu gün regionun yeganə yolu - şovinizmi, fitnə-fəsadı, nifrəti dar ağacından asıb, ədaləti, dostluğu yaşatmasıdır.

Bunu da xüsusi olaraq qeyd etmək lazımdır ki, İran-Azərbaycan münasibətlərində İlham Əliyevin qətiyyəti və cəsarəti böyük rol oynadı. Prezident İlham Əliyev mükəmməl siyasi təfəkkürü ilə İrana sübut etdi ki, regionun mizan-tərəzisi Azərbaycandır! Bunu dərk etmək bu qədərmi çətindir, əziz rusiyalı və iranlı cənablar?

Rusiyalı cənablar demişkən, indi İlham Əliyev növbəti jesti Putindən gözləyir və bu jest mütləq olacaq. Olmalıdır da! Çünki Prezident İlham Əliyevin qətiyyəti ilə İranın dar ağacından asdığı şovinizm müqəvvasını hamı gördü.

Nə qədər ki gec deyil, tövbə edin, cənablar...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 May 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri