Bakı Qazax yolunda dəhşətli yanğın FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Bakı-Qazax avtomobil yolunun 137-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində güclü yanğın baş verib. "Aqromak" şirkətinə məxsus iki TIR-ın alışdığı bildirilir. Yanğının yaratdığı tüstü təxminən 300 metr əraziyə yayılıb.
"Musavat.com"un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Yanğın baş verən əraziyə dərhal polis, yanğınsöndürən briqadalar və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Yanğın səbəbindən ərazidə böyük tıxac yaranıb, bu da nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklərə səbəb olub. Hazırda yanğının söndürülməsi və hadisənin araşdırılması istiqamətində işlər davam edir. Təfərrüatlar açıqlanacaq.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 21 Yanvar 2025 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















