Icma.az
close
up
RU
Bakı qəsəbələrində bir neçə stansiya tikiləcək Şəhərətrafı dəmiryolu xətləri işə düşəcək

Bakı qəsəbələrində bir neçə stansiya tikiləcək Şəhərətrafı dəmiryolu xətləri işə düşəcək

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər Bakı–Xırdalan–Sumqayıt qatar xəttinin fəaliyyətinin nə vaxt bərpa olunacağı, həmçinin Saray və Ceyranbatanda yeni stansiyaların tikilməsi ilə bağlı məlumatlar sakinlərin marağına səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Teleqraf-a açıqlamasında bildirib ki, Bakı–Xırdalan–Sumqayıt xəttinin bərpası gələn ilə planlaşdırılır:

“Avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər səbəbindən dəmiryolu xəttində müvəqqəti fasilə yaranıb. Bu, daimi deyil. Yolun təmiri ilə bağlı işlər başa çatdıqdan sonra xətt yenidən fəaliyyətə başlayacaq. Cənab Prezidentin tapşırığı ilə Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə dövlət proqramı icra olunur. Bu proqram çərçivəsində həmin ərazidə tunel tikintisi nəzərdə tutulub. Tunel hazır olduqdan sonra dəmiryolu xətti işini bərpa edəcək”.

Elməddin Muradlı Saray və Ceyranbatanda stansiya tikintisi məsələsinə də aydınlıq gətirib:

“Sarayda yeni stansiyanın tikilməsi planlaşdırılır, lakin dəqiq yer hələ müəyyənləşdirilməyib. Qatar qəsəbənin içindən keçsə də, dayanacaq olmadığından sakinlər istifadə edə bilmirdi. Sarayda stansiya açıldıqdan sonra həmin ərazidə yaşayan sakinlər yaxın ərazilərə daha rahat səfər edə biləcəklər. Ceyranbatanda stansiya tikintisi hazırda planlaşdırılmır. Hazırda bu qəsəbə AYNA ekspress avtobus xətti ilə təmin olunur ki, bu da ictimai nəqliyyata əlçatanlığı müəyyən qədər yaxşılaşdırır. Gələcəkdə Ceyranbatanda stansiya tikilməsi mümkün ola bilər”.

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, yaxın illərdə bir neçə dəmir yolu xəttinin bərpası planlaşdırılır. Onun sözlərinə görə, Bakıxanov–Binə–Qala xəttinin bərpası 2026–2028-ci illərdə, Zabrat–Maştağa–Bağlar xəttinin bərpası 2028–2030-cu illərdə həyata keçiriləcək. Bundan əlavə, Yeni Suraxanı–Hövsan xəttinin bərpası 2026–2027-ci illər üçün, Güzdək–Qaradağ xəttinin bərpası isə 2027–2029-cu illər üçün nəzərdə tutulub.

Ekspert Nəriman Nərimanov dayanacağının bərpası ilə bağlı fikir bildirib. Rauf Ağamirzəyevin sözlərinə görə, avtobusla dəmiryolu arasında mübadilənin effektiv təşkili üçün piyada infrastrukturunun uyğunlaşdırılması vacibdir:

"Bununla bağlı sovet dövründən qalan platformanın sökülməsi nəzərdə tutulur. Montin qəsəbəsi istiqamətində yeni tikililər mövcuddur və həmin tərəfdən gələn ensiz küçədə avtobusların rahat manevr etməsi üçün şərait yaradılmalıdır. Bu, həm Montin, həm də Babək qəsəbəsi istiqamətində inteqrasiyanın yaxşılaşdırılmasına imkan verəcək. Təkcə Nəriman Nərimanov stansiyası deyil, bu ilin sonunda Dərnəgül dayanacağının da istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, Rəsulzadə qəsəbəsində “Binəqədi Cənub” dayanacağı, eləcə də Sumqayıt-2 və Xırdalan-2 dayanacaqları baş plana daxil edilib".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Dekabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri