Bakı Quba və Bakı Qusar marşrutlarını bu şirkət işlədəcək
Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq paytaxtın 161 və 218 nömrəli şəhərətrafı, eləcə də Bakı-İmişli, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat və Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Bu barədə AYNA məlumat yayıb.
Qeyd edilib ki, 5 şəhərlərarası və paytaxtın 2 şəhərətrafı marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib:
- Əmircan və Hövsan qəsəbələrini əlaqələndirən 161 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Çinar-Trans" MMC;
- Türkan qəsəbəsini metronun “Əhmədli” stansiyası ilə əlaqələndirən 218 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Azlənd Plaza" MMC;
- Bakı–Qusar və Bakı–Quba marşrutları üzrə hüquqi şəxs "ALIOSMAN AĞASOY" MMC;
- Bakı–Xudat marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC;
- Bakı–İmişli marşrutu üzrə fiziki şəxs Mustafayev Bakir Ayaz oğlu;
- Sumqayıt–Quba marşrutu üzrə fiziki şəxs Abbasov Hüseyn Əliabbas oğlu qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 02 Oktyabr 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















