Icma.az
close
up
RU
Bu ailə 16 ildir bir qəpik də su və işıq pulu ödəmir VİDEO

Bu ailə 16 ildir bir qəpik də su və işıq pulu ödəmir VİDEO

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniyada bir ailə 16 il əvvəl istifadəsiz qalmış torpaq sahəsində öz evini qurub. Günəş panelləri ilə elektrik istehsal edən, suyunu quyudan götürən ailə artıq 16 ildir elektrik və su pulu ödəmir.

“Yeni Sabah” xəbər verir ki, Boris və Roza adlı cütlük təxminən 16 il əvvəl İspaniyada 7 min kvadratmetrlik istifadəsiz torpaqda özlərinə yaşayış yeri qurmağa başlayıblar. İllər ərzində öz imkanları ilə ərazini abadlaşdıran ailə hazırda oğulları Riu ilə birlikdə burada yaşayır. Təxminən 5 il əvvəl isə bu ərazini daimi evlərinə çeviriblər.

Cütlük əraziyə ilk gəldikdə orada heç bir tikili olmayıb. Onlar torpaq, saman və ağacdan istifadə edərək dörd kiçik ev tikiblər. Tikinti zamanı köhnə şüşə butulkalardan və başqa işlənmiş materiallardan da yararlanıblar. Hətta ilk tikililərdən birinin damını izolyasiya etmək üçün köhnə yük maşınının örtüyündən istifadə ediblər. Ailənin yaşadığı ərazidə elektrik və şəhər suyu xətləri yoxdur. Elektrik ehtiyacını həyətlərində quraşdırdıqları günəş panelləri hesabına ödəyirlər. Panellərin istehsal etdiyi elektrik xüsusi batareyalarda toplanır və evin işıqlandırılması, eləcə də məişət cihazlarının işlədilməsi üçün istifadə olunur. Marqarita pizza

Su ehtiyacını isə torpağın əvvəlki sahibi tərəfindən əl ilə qazılmış quyudan qarşılayırlar. Şəhər şəbəkələrindən istifadə etməyən ailə qurduğu sistem sayəsində 16 ildir elektrik və su haqqı ödəmir. Lakin bu, onların heç bir xərcinin olmadığı demək deyil. Günəş panellərinə qulluq etmək, batareyaları yeniləmək və digər texniki işlər üçün vaxtaşırı pul xərcləməli olurlar.

Boris və Roza yalnız elektrik və su məsələsində deyil, ərzaq təminatında da özlərindən asılı olmağa çalışırlar. Onlar həyətyanı sahədə tərəvəz yetişdirir, toyuq və digər ev quşları saxlayırlar.

Ailə üzvləri bildirirlər ki, məqsədləri cəmiyyətdən tamamilə uzaqlaşmaq deyil, sadəcə daha az istehlak etmək və təbiətə uyğun yaşamaqdır. Onlar qurduqları yaşayış yerini oğulları Riuya gələcəkdə miras qala biləcək davamlı bir həyat nümunəsi hesab edirlər.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Oktyabr 2026 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri