Bakı Quba yolunun qəza səbəbilə bağlanan hissəsində avtomobillərin hərəkəti bərpa olundu
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda qəzaya uğrayan yük avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırılıb, yolda hərəkət bərpa olunub.
AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı Bakı şəhər sakini Elşad Hökmulla oğlu Rəhimovun idarə etdiyi 99-ZD-308 dövlət qeydiyyat nişanlı yük maşını yolun hərəkət hissəsindən aşıb.
Qəza zamanı heç kəs xəsarət almasa da, avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib. Qəzaya uğrayan yük avtomobili yolun hərəkət hissəsini bağladığından təhlükəsizlik tədbirləri ilə əlaqədar Bakı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Sürücülər axşam saatlarına qədər alternativ olaraq Siyəzən şəhərindən keçən yoldan istifadə ediblər.
Hadisə yerinə Dövlət Yol Polisi (DYP) və digər müvafiq qurumların əməkdaşları cəlb olunublar.
Qəzanın fəsadları aradan qaldırıldıqdan sonra yolda avtomobillərin hərəkəti bərpa olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 03 Aprel 2025 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















