Icma.az
close
up
RU
Bakı rayonlarının icra başçıları: Kimlər tərcümeyi halını gizlədir...

Bakı rayonlarının icra başçıları: Kimlər tərcümeyi halını gizlədir...

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Son zamanlar icra başçıları ilə bağlı müzakirələrin yenidən aktuallaşması ictimai diqqəti həm də bu istiqamətə yönəldib. Ərazilər üzrə dövlət siyasətinin həyata keçirilməsinə cavabdeh olan icra başçıları yerlərdə sosial-iqtisadi inkişaf məsələləri baxımından böyük rola malikdirlər. Amma başçılar bir çox hallarda bu işləri qanunların tələb etdiyi şəkildə icra edə bilmir, ya da etmirlər. Bu səbəbdən də korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı əməliyyatlar həyata keçirilir, hansısa məmurlar saxlanılır, haqlarında cinayət işləri açılır.
Hüquq-mühafizə orqanlarının bu kimi tədbirləri adətən bölgələri əhatə edir. Bakının rayonları anoloji tədbirlərdən həmişə kənarda qalıb. Təkcə Qaradağ rayonunda bu yaxınlarda icra başçısının müavini və bəzi məmurlar cinayət məsuliyyətinə cəlb ediliblər.
Qeyd edək ki, Bakı şəhərində 12 rayon var: Binəqədi, Xətai, Sabunçu, Nizami, Nərimanov, Nəsimi, Qaradağ, Səbail, Xəzər, Yasamal, Pirallahı, Suraxanı.
Bakı rayonlarının icra başçıları şəhərin sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi, sosial xidmətlərin təşkili, vətəndaş müraciətlərinin həlli, yerli icmalarla əlaqələrin qurulması kimi məsələlərdə müsbət töhfələr verirlərmi? Təəssüf ki, suala birmənalı cavab yoxdur... Vətəndaş narazılığı müşahidə olunur.  
Vətəndaşlar İcra Hakimiyyətindən daha çox hesabatlılıq, şəffaflıq, yaşayış rayonunun problemlərinə yerli idarəetmənin daha aktiv yanaşmasını gözləyirlər. Sakinlər hesab edirlər ki, İcra hakimiyyətləri onlar üçün dinləmə sessiyaları, açıq dialoqlar təşkil edə bilərlər.
Yağış sularının axıdılması, su infrastrukturunun modernləşdirilməsi, yaşıl zonaların yaradılması kimi layihələr İcra hakimiyyətinin prioritetləri olmalıdır. İcra başçılarının müavini və şöbə müdirləri arasında peşəkar, yerli bilikləri olan, vətəndaş yönümlü kadrlara üstünlük verilməlidir. Bunlar təbii ki, vətəndaşların arzu və istəkləridir...
Bəs paytaxt rayonlarına kimlər rəhbərlik edir, onlar neçə ildir eyni vəzifəni daşıyırlar?
Modern.az saytı bu sualların cavabını araşdırıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov
 paytaxt üzrə icraedici hakimiyyətin ümumi rəhbəridir. O, uzun illərdir ki, rəhbər postda çalışır. Cənab Əzizov 2000-ci ilin iyun ayında Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra  Hakimiyyətinin başçısı olub. 2015-2018-ci illərdə Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı işləyib.
15 noyabr 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 68 yaşlı Əzizov artıq 25 ildən çoxdur icra başçısı işləyir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov
 inzibati idarəçiliyə vergi sistemindən gəlib. O, 2005-ci ilin mayından 2005-ci ilin dekabr ayınadək Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 21 dekabr 2005-ci il tarixindən 4 mart 2020-ci ilə kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olub. 4 mart 2010-cu il tarixli sərəncamla Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
63 yaşlı Süleyman Mikayılov üst-üstə 20 ildən çoxdur ki, icra başçısı işləyir.


Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev
 1990-1992-ci illərdə Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri və icra başçısının müavini vəzifələrində çalışıb. 1992-1996-cı illərdə Bakı şəhər Xalq Deputatları Sovetində Təşkilat şöbəsinin müdiri olub. 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin MTTİ-nin rəis müavini vəzifəsində çalışıb. 2003-2012-ci illər ərzində özünün təsis etdiyi “Euro Style” LTD şirkətinin rəhbəri olub.
2012-ci ilin aprel ayında Sabunçunun icra başçısı vəzifəsinə təyinat alıb. Adil müəllim icra başçısı kimi 13 illik karyerası var. O, 65 yaşındadır.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov
2012-2015-ci illərdə Nizami Kino Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2015-2018-ci illərdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
30 oktyabr 2018-ci il tarixində Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 7 ildir icra başçısı işləyən Vüqar Zeynalov 49 yaşındadır.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev
bu qurumda işləyərək vəzifə pilləsində yüksəlib. O 1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri  vəzifələrində çalışıb.
21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək başçının müavini,  2013-cü il dekabrından 12.11.2019-cu il tarixədək başçının 1-ci müavini vəzifəsində işləyib.
Ölkə başçısının 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
51 yaşlı Rafiq Quliyev I Qarabağ müharibəsinin veteranıdır.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev
1998-ci ildən 2018-ci ilədək özəl sektorda müxtəlif vəzifələr tutub.
6 iyun 2018-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Artıq 7 ildir ki, Binəqədiyə rəhbərlik edir. Cənab Allahverdiyev 65 yaşındadır.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev
bu vəzifəyə təyin olunan yeni kadrlardandır. O, 1994–2005-ci illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildən 2024-cü ilə kimi 20 saylı Nərimanov II seçki dairəsindən Milli Məclisin deputatı olub. Parlamentdə vitse-spiker, Gənclər və idman komitəsinin sədri vəzifələrində işləyib.
Adil Əliyev 8 iyul 2024-cü ildə Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinin başçısı təyin edilib. 56 yaşı var.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov
da yeni kadrlardandır. O, Prezidenti İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Nədənsə, Nizami Rayon İcra Hakimiyyətinin saytında Coşqun müəllimin tərcümeyi-halı yerləşdirilməyib, sadəcə ad-soyad və təyinat tarixi ilə kifayətləniblər. Nədən ehtiyatlanıblar, niyəsi məlum deyil..
Digər resurslardan əldə olunan məlumata görə, C.Cəbrayılov daha əvvəl Sumqayıt Şəhər İcra Hakimiyyətində və Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini tutub. 2018-ci ilin sentyabrında Bakı Şəhər İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2022-ci ilə kimi həmin vəzifədə işləyib.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov
əmək fəaliyətinə 1999-cu ildə Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində çalışmaqla başlayıb. 2009-cu illədək bu sahədə işləyib.
2009-cu ildən 2014-cü illədək “Bank Standart” Kommersiya Bankının Mərdəkan filialının direktoru işləyib.
2014-cü ildə Xəzər Rayon İcra Hakimiyyətində  Təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 2018-ci ilədək həmin vəzifədə çalışıb.
2018-ci ildə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifələrinə təyin edilib. 2019-cu ilədək həmin vəzifədə çalışıb.
5 fevral 2019-cu il tarixində icra başçısı vəzifəsinə təyin edilib. 48 yaşındadır.


Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev
də tərcümeyi-halını gizlədib. İcra Hakimiyyətinin saytında “İcra hakimiyyətinin başçısı” bölməsi boşdur. Elgün müəllim nədən ehtiyat edir, məlum deyil.
Vikipediya-dakı məlumatına görə, Elgin Şirin oğlu Həbibullayev 48 yaşındadır. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsində ali təhsil alıb.
2000-ci illərin əvvəllərində Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətində şöbə müdiri işləyib.
2003 – 2011-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, sonra Aparat rəhbəri, 2011-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini, 20 sentyabr 2018-ci il tarixdən isə Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri vəzifəsində çalışıb.
18 fevral 2022-ci il tarixdən Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısıdır.


Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov
1983-1991-ci illərdə “Avtoyoltikinti” Nazirliyinin 27 saylı Yol İstismar Sahəsində mühəndis-mexanik və baş mexanik, 1991-1999-cu illərdə “Şelflayihətikinti” İstehsalat Birliyinin Tikintinin Mexanikləşdirilməsi və Nəqliyyat İdarəsində istismar şöbəsinin rəisi, baş mühəndis və həmin idarənin rəisi, 2003-2006-cı illərdə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006-2013-cü ilin mart ayına qədər ARDNŞ-nin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışıb. 
Prezidentin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. 61 yaşlı Vasif İmanov artıq 12 ildir ki, Pirallahıya rəhbərlik edir.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov
1982-ci il təvəllüdlüdür. Digərlərindən fərqli olaraq Nəsimi İcra Hakimiyyətinin saytı onun geniş tərcümeyi-halını əks etdirib.
E.İbrahimov 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2005-ci ildə eyni ixtisas üzrə magistratura səviyyəsini başa vurub,  daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil alıb. 2025-ci ildə Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsilini başa vurub.
Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar  “Holiday Inn Baku Airport” otelində, “Baker Tilly” audit şirkətində, “Embawood”  şirkətlər  qrupunda  və  digər  holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb. 2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyətində  icra başçının müavini, 18 fevral 2022-ci il tarixdən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 
12 noyabr 2025-ci il tarixində Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.


A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2025 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri