Icma.az
close
up
RU
Bakı razılaşdı, Tramp elan etdi: Avropanın mövqeyini dəyişdirən hadisə Yanvarda...

Bakı razılaşdı, Tramp elan etdi: Avropanın mövqeyini dəyişdirən hadisə Yanvarda...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan xarici siyasətdə son illərdə mühüm uğurlar əldə edib. Xüsusən İkinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqı (Aİ) və onun təsisatları ilə münasibətlərdə yaranmış gərginlik tədricən aradan qalxmaqdadır.

Avropa Şurası və Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi birtərəfli qətnamələr, eləcə də Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməməsi ikitərəfli münasibətlərdə böhrana səbəb oldu. Lakin son aylarda müşahidə olunan diplomatik fəallıq, xüsusən Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Kopenhagen sammitində iştirakı və liderlərlə keçirdiyi görüşlər bu böhranın tədricən arxada qaldığını deməyə əsas verir.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Fransa ilə münasibətlərdə uzunmüddətdir mövcud olan gərginlik Kopenhagendə iki ölkə liderinin nümayəndə heyətləri səviyyəsində apardığı görüşün ardınca yumşalma istiqamətinə yönəlib:

“Eyni zamanda, İtaliyanın Azərbaycanla bağlı məsələlərdə dəstəyi də bu yaxınlaşmanı gücləndirir. Avropa İttifaqı Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı yeni geosiyasi nizamdan iqtisadi və nəqliyyat maraqları üçün faydalanmaq niyyətindədir. Ölkəmiz əsasən Çinlə quru nəqliyyat əlaqələrinin, eləcə də Mərkəzi Asiyanın enerji resurslarının Avropaya daşınmasının əsas tranzit xətti kimi ön plana çıxır.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqaza artan diqqəti və Orta Dəhlizin əsas hissəsi olan TRİPP (Zəngəru dəhlizi-red.) marşrutunun elan edilməsi Avropanı regionda daha fəal siyasət yürütməyə vadar edib. Bu proses fonunda Aİ-nin Bakı ilə münasibətlərdə yeni mərhələyə keçidi real görünür. 2026-cı ilin yanvar ayında Azərbaycanın Avropa Şurasında səsvermə hüququnun bərpa olunması mümkündür”.


Məhəmməd Əsədullazadə 

Politoloq xatırladıb ki, artıq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb:

“Avropa İttifaqı üçün bu, regional sabitliyə və enerji təhlükəsizliyinə xidmət edir, Azərbaycan üçün isə Avropa ilə siyasi və iqtisadi əlaqələrin dərinləşməsi baxımından əhəmiyyətlidir.

Azərbaycan–Avropa münasibətləri qarşılıqlı maraqlar üzərində formalaşan və keyfiyyətcə yeni mərhələyə qədəm qoyan strateji əməkdaşlıq xəttinə çevrilir. Bu vəziyyət rəsmi Bakının çoxvektorlu xarici siyasətinin effektivliyini nümayiş etdirir. Avropa üçün Azərbaycan yalnız enerji tədarükçüsü deyil, həm də Cənubi Qafqazda sabitlik yaradan güc mərkəzidir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri