Bakı sakinləri qız qaçırmağa necə baxırlar? Vətəndaşlar arasında sorğu VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Maariflənməyə, dünya sivilizasiyalarına inteqrasiya etməyə və modernləşməyə çalışsaq da, cəmiyyətimizdə "qız qaçırma" kimi adətlər hələ də qalmaqdadır. Avtosfer.az xəbər verir ki, yaxın keçmişdə Bakıda baş verən hadisə isə məsələni bir daha aktuallaşdırdı.
Bəs insanlar niyə belə bir üsula əl atırlar? Sakinlər bu barədə fərqli fikirlər səsləndiriblər:
"Bu dövr üçün belə şeylər doğru deyil. Bəzən toy xərclərindən qaçmaq üçün daha asan yola baş vura bilirlər". "Müasir dövrdə qız savad alsın, öz ayağının üstündə dura bilsin".
Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, bu əməl qanun qarşısında ağır məsuliyyət yaradır:
"Məqsəd və niyyətdən asılı olmayaraq, hətta evlənmək məqsədilə olsa belə, şəxsin oğurlanması cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinə əsasən, adam oğurluğu cinayət məsuliyyəti kimi nəzərdə tutulub. Həmin maddənin sanksiyasında 5 ildən 10 ilə qədər müddətdə azadlıqdan məhrumetmə cəzası təsbit edilib".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 27 Dekabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















