Ölümlə nəticələnən qəza törədən “İnter”in qapıçısı şərti cəza istəyib
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“İnter”in futbolçusu Xosep Martines ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı prokurorluqla razılaşma əldə etməyə yaxındır.
İdman.Biz ANSA xəbər agentliyinə istinadən xəbər verir ki, Komo prokurorluğu ispaniyalı qapıçının işinin məhkəməyə göndərilməsini tələb edib.
Martines isə bir il şərti həbs cəzası və dəymiş zərərin ödənilməsini nəzərdə tutan razılaşmanın bağlanması üçün müraciət edib. Prokurorluq futbolçunun təklifinə razılıq verib. Yekun qərarı hakim qəbul edəcək.
Hadisə 2025-ci il oktyabrın 28-də İtaliyanın Komo əyalətinin Feneqro yaşayış məntəqəsində baş verib. Martines idarə etdiyi avtomobillə elektrikli əlil arabasında hərəkət edən 81 yaşlı Paolo Saybeneni vurub. Yaşlı kişi hadisə nəticəsində dünyasını dəyişib.
İki şahidin ifadəsinə görə, Saybene ehtimal olunan səhhət problemi səbəbindən avtomobilin hərəkət zolağına çıxıb və futbolçu toqquşmanın qarşısını ala bilməyib. Hadisə yerində avtomobilin əyləc izləri aşkarlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 26 Noyabr 2026 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















