Icma.az
close
up
RU
Bakı Şəhər İcra Hakimiyyətində böyük islahatlar KONKRET

Bakı Şəhər İcra Hakimiyyətində böyük islahatlar KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən müdiriyyət “İnterservis” Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyət istiqamətləri nəzərə alınmaqla yenidən təşkil olunacaq.

KONKRET.az musavat.com-a istinadan xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı iyunun 10-da fərman imzalayıb.

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakımənzilkommunlayihə”nin ləğv edilməsi ilə bağlı da qərar verilib.

“Bakımənzilkommunlayihə” paytaxtın Bakı şəhərində mənzil-kommunal sahəsinin idarə olunmasında mühüm rol oynayan əsas qurumlardan biridir. Bu təşkilat yaşayış binalarının saxlanılması, təmiri, abadlaşdırılması və kommunal xidmətlərin təşkili istiqamətində geniş fəaliyyət səlahiyyəti var. Qurumun əsas vəzifələrinə çoxmənzilli yaşayış binalarının texniki vəziyyətinə nəzarət, lift təsərrüfatının istismarı, həyətlərin abadlaşdırılması, yaşıllıqların qorunması və tullantıların idarə olunması daxildir. Köhnə yaşayış binalarının fasadlarının yenilənməsi, həyətlərin müasir standartlara uyğun abadlaşdırılması da daxildir. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” konsert kompleksi, Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Bakı Şəhər Heyvanat Parkı(Zoopark) ilə “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilib və yenidən təşkil ediləcək.

Fərmana əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin əsas qurumlarından olan və «Bakı Şəhər Əsaslı Tikinti və Təmir» MMC-də də islahatlar aparılacaq, onun strukturu və əməkhaqqı sisteminin təkmilləşdiriləcək.

Fərmanda tapşırılıb ki, yeniliklər nəticəsində ixtisar olunacaq əməkdaşlara münasibətdə Əmək Məcəlləsinə, “Dövlət qulluğu haqqında” qanuna və “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görsün.

Bakı Şəhər icra hakimiyyətindəki islahatlar, yeni qurumların yaradılması, ixtisar və təkmilləşdirmələr Maliyyə Nazirliyinin ciddi maliyyə nəzarəti altında aparılacaq.

Fərmanda Maliyyə Nazirliyinə tapşırılıb ki, yaradılması nəzərdə tutulan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.

Yada salaq ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. O, 2000-2003-cü illərdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı olduqdan sonra səkkiz il də ölkənin ikinci ən böyük şəhəri Gəncəyə rəhbərlik edib. 2011–2015-ci illərdə nə təsadüfsə, bu dəfə də üçüncü böyük şəhərə- Sumqayıta rəhbərlik də ona tapşırılıb. Sonra isə üç il də Səbayeldə rəhbər olub. Rəsmi sərəncamı 2018-in noyabrında verilsə də, həmin ilin yayından Bakıya rəhbərlik etməkdədir… O da həqiqətdir ki, bu illər ərzində E.Əzizovun adı ciddi korrupsiya və rüşvət olaylarında hallanmayıb.

Bəzi iddialara görə, 70 yaşını haqlayan Əzizovun hakimiyyətlə vidalaşmaq vədəsi yetişir. Mediada da belə iddia vardı ki, guya Nəsiminin yeni icra başçısı, YAP-ın Aparat rəhbəri Tahir Budaqov onun yerinə gələcək və s. Məlumatlara inansaq, Əzizovu əslində, hələ Sumqayıtdan sonra icra strukturlarından uzaqlaşdırmaq istəyiblər, amma görünür, özü getmək istəməyib, bir az da işləmək möhləti alıb…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 İyun 2026 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri