Icma.az
close
up
RU
Bakı şəhəri bu qədər əhalini daşımaqda çətinlik çəkir EKSPERT aqressiyanın səbəbini AÇIQLADI

Bakı şəhəri bu qədər əhalini daşımaqda çətinlik çəkir EKSPERT aqressiyanın səbəbini AÇIQLADI

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Son dövrlər ictimai nəqliyyatda baş verən gərginliklər, sərnişinlər arasında yaşanan aqressiv davranışlar gündəmi zəbt edib. Sosial şəbəkələrdə də bu mövzu ilə bağlı narazılıqlar açıq şəkildə görünür.

Məsələ ilə bağlı BAKU.WS-ə danışan sosioloq Üzeyir Şəfiyev bu aqressiyanın səbəblərini bir neçə əsas faktorla izah edib.

"Tək ictimai nəqliyyatda yox, ümumiyyətlə insanlarda aqressiv davranışlar artıb", – deyə o bildirib. Onun fikrincə, bu artım təkcə fərdi psixoloji problemlərlə bağlı deyil, şəhər mühiti və ümumi sosial dinamika ilə birbaşa əlaqəlidir.

Sosioloq qeyd edir ki, Bakı şəhəri bu qədər əhalini daşımaqda artıq çətinlik çəkir. Sıxlıq, gündəlik stress, uzun gözləmə və yubanma halları insanlarda dözümsüzlük və emosional gərginlik yaradır. Nəticədə bu, ən çox ictimai nəqliyyat kimi kütləvi məkanlarda üzə çıxır.

Üzeyir Şəfiyev bu vəziyyətin formalaşmasında sosial şəbəkələrin və informasiya platformalarının rolunu da xüsusi qeyd edir:

"Sosial şəbəkələrdə, informasiya platformalarında neqativ xəbərlərin yüklənməsi də insanlara çox təsir edir.

İnsanlar ardıcıl olaraq mənfi xəbərlərlə üz-üzə qalanda bu onların gündəlik emosional vəziyyətinə və davranışına sirayət edir. Əsas xəbər axınında müharibələr, qəzalar, sosial ədalətsizlik kimi mövzuların üstünlük təşkil etməsi ümumi gərginlik fonunu daha da artırır."

Sosioloq bildirir ki, təkcə yerli deyil, qlobal miqyasda baş verən proseslər – münaqişələr, humanitar böhranlar, iqtisadi qeyri-sabitlik də insanlarda narahatlıq və psixoloji təzyiq yaradır:
"Bu da insanlarda özünümüdafiə instinktinin güclənməsinə gətirib çıxarır." Başqa sözlə, insanlar ətraf mühitdə təhlükə və narahatlıq hiss etdikdə, özlərini qorumaq üçün emosional və davranış baxımından daha sərt reaksiya verirlər.

Sosioloq hesab edir ki, bu aqressiyanın yumşaldılması üçün cəmiyyətə ötürülən məlumatların xarakteri dəyişdirilməlidir.
"Çox yaxşı olar ki, məlumatlandırma daha çox pozitiv yöndə olsun", – deyə o vurğulayır.

Onun fikrincə, balanslı və motivasiyaedici informasiyanın artırılması cəmiyyətin ümumi psixoloji vəziyyətinə müsbət təsir edə bilər və insanlar bir-birilə daha səbirli, anlayışlı davranmağa başlaya bilər.

Şahanə Xankişiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 İyun 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri