Bakı separatçı terrorçulara hökm oxudu Rusiyadan ilk reaksiya
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən gün Bakı Hərbi Məhkəməsində Qarabağdakı keçmiş separatçı-terrorçu qruplaşmanın rəhbərlərinə hökm oxunmasına Rusiyadan ilk reaksiya gəlib.
Axar.az xəbər verir ki, Rusiyanın hakim “Vahid Rusiya” fraksiyasının üzvü, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin ənənəvi antiazərbaycan mövqeyini növbəti dəfə nümayiş etdirərək, “Lazarev Klubu”nun İdarə Heyətinin koordinatoru kimi “erməni klubu”nun bəyanatını yayıb.
Zatulin bəyanatda Əbu-Dabidəki Zayed Sülh Mükafatının təqdimatı ilə bu hökmün elan edilməsi arasında konspiroloji uyğunluq “tapır”, həmçinin Ermənistan Baş naziri Nikol Paşinyandan qisas almağa girişir, onu Qarabağı təslim etməkdə ittiham edir.
Yada salaq ki, diasporun pulu ilə erməni revanşistlərə xidmətinə, Paşinyanı sərt tənqidinə və Ermənistan müxalifətinin üzvü kimi davrandığına görə Zatulinin Ermənistana girişi yasaq edilib.
Zatulin bəyanatda Paşinyanı “həmvətənlərini azad etmək üçün barmaq tərpətməməkdə” də ittiham edir və Ermənistan hakimiyyətinə tənqidlər yağdırır, Azərbaycandan isə cinayətkarları “dərhal azad etməyi” tələb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 06 Fevral 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















