Icma.az
close
up
RU
Bakı şərt qoydu, Kreml 30 illik prinsipini pozdu: Qəza ilə bağlı iki mühüm məqam

Bakı şərt qoydu, Kreml 30 illik prinsipini pozdu: Qəza ilə bağlı iki mühüm məqam

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ötən ilin dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə məqsədli “Pantsir S” raketi ilə vurulmasından sonra iki ölkə arasında münasibətlərin gərginləşdiyi müşahidə olunur.

Təyyarənin Qroznı səmasında hücuma məruz qalmasından sonra enişinə icazə verilməməsi, həmçinin Rusiyadan səsləndirilən bir-biri ilə tutarsız müxtəlif açıqlamalar Azərbaycanda birmənalı qarşılanmadı. Hadisənin əsas səbəbi ortaya çıxdıqdan sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib qəzanın bu ölkənin hava məkanında baş verməsinə görə üzr istəsə də, günahkarların cəzalandırılması ilə bağlı məsələ hələ də öz həllini tapmayıb.

Həmçinin Bakının Moskvaya qarşı irəli sürdüyü əsas şərtlərdən biri olan kompensasiyanın ödənilməsinə də Kremldən aydınlıq gətirilməyib.

Globalinfo.az-a danışan siyasi şərhçi Kamran Sultanlı deyib ki, Azərbaycan tərəfinin reaksiyası kifayət qədər praqmatik, haqlı və davamlıdır:

“Rusiya dövləti və başda Vladimir Putinin heç bir zaman üzr etdikləri səhvə görə istəməmələri hər kəsə məlumdur. Bu cür durumun onların siyasi simalarına və imiclərinə zərbə olduğunu hesab edirlər. Sonuncu dəfə Rusiya liderləri təyyarə qəzasına görə, 1990-cı ildə Sovet dövründə Koreya hava yollarına aid təyyarənin vurulması üçün üzr istəmişdi. Maraqlıdır ki, bu, qəzadan 9-10 il sonra baş verdi.

Prezident İlham Əliyevin ardıcıl mövqeyi Rusiyanı fakt qarşısında qoydu. Hər nə qədər Rusiya liderləri ictimai rəylə hesablaşmağı sevməsələr də, son illərdə baş verən qlobal dəyişikliklər fonunda Moskvanın  post-sovet məkanına artan ehtiyacına görə Putin praqmatik davranmağa məcbur qaldı. Xüsusilə Ukraynanın Rusiya qazının tranzitinə qadağa qoymasından sonra Azərbaycan, Qazaxıstan və Türkiyənin burada rolu gücləndi. O baxımdan Rusiya hazırda 15 milyard kubmetrə yaxın qazı məhz Türk axını vasitəsilə ixrac edə bilər. Eyni zamanda Çinə ixracda Qazaxıstan önəmli rola malikdir. Bütün bunlar bizə onu deməyə əsas verir ki, Rusiya rəhbərliyinin ən azından üzrdən sonra müxtəlif kompensasiya tədbirlərini icra etməsi mümkündür”.

Ekspertin sözlərinə görə, 38 nəfərin ölümü ilə nəticələnən qəzaya görə Rusiyada kimlərinsə həbsi gözləniləndir:

“Əks halda bu, Azərbaycan və Rusiya münasibətlərində ciddi böhran yarada bilər. Buna baxmayaraq düşünürəm ki, Kreml rəhbərliyi Bakı ilə gərginliyin artmasına imkan verməyəcək. Ümumiyyətlə, münasibətlərdə enişli-yoxuşlu hallara baxmayaraq Rusiya və Azərbaycan dəyişən geosiyasi vəziyyətdə strateji xəttin pozulmamasına çalışır. Lakin bu o demək deyil ki, Bakı öz mövqeyini ifadə etməyəcək. Azərbaycan Rusiya ilə münasibətlərdə hər zaman dostyana davranıb və ondan da eyni münasibəti gözləmək haqqına sahibdir. Bu, həm də Azərbaycanın kifayət qədər müstəqil siyasət aparmasından qaynaqlanır və Moskva rəhbərliyi bu cür ölkələrə xüsusi əhəmiyyət verir”.

Rövşən Rza
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri