Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bakı Slavyan Universitetinin ad və missiyası dəyişməlidir

Bakı Slavyan Universitetinin ad və missiyası dəyişməlidir

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan təhsil sistemi yeni mərhələyə qədəm qoyur. Qloballaşan dünyanın çağırışları, dəyişən nəsil tələbləri və dövlətimizin strateji vizionu bizdən yalnız texniki deyil, həm də ideoloji dəyişikliklər tələb edir. Bu baxımdan, universitetlərimizin yalnız adında və strukturunda deyil, həm də vizion və missiyalarında dərinlikli dəyişikliklərə ehtiyac duyulur.

Bu fikri xüsusilə Bakı Slavyan Universiteti (BSU) kontekstində səsləndirmək istərdim. Tarixə nəzər yetirsək, bu universitet 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu kimi fəaliyyətə başlayıb. Sovet ideoloji sistemində rus dilində müəllim hazırlamaq kimi konkret məqsədlə qurulmuşdu. Bu, həmin dövr üçün rasional və zəruri görünə bilərdi.

Lakin zaman dəyişdi. Dövlət dəyişdi. Cəmiyyət dəyişdi. Müstəqil Azərbaycan dövləti artıq öz milli ideologiyası, dili və mədəniyyət dəyərləri ilə beynəlxalq aləmdə tanınan, hörmət edilən bir ölkədir. Belə olan halda, bir universitetin hələ də "Slavyan" adı ilə fəaliyyət göstərməsi ictimai şüurda təzadlı suallar doğurur.

2000-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə institutun profili genişləndirildi və Bakı Slavyan Universiteti adlandırıldı. O dövr üçün bu addım rus təmayüllülükdən uzaqlaşmaq, milli maraqları qorumaq, amma eyni zamanda mədəni diplomatiyanı pozmamaq baxımından ustalıqla atılmış tarazlaşdırılmış bir qərar idi. “Rus” əvəzinə “Slavyan” ifadəsinin işlənməsi, digər slavyan xalqlarını da daxil etməklə ideoloji yüngülləşdirmə yaratmışdı.

Ancaq bu gün... dünya artıq başqa yerdədir.

Artıq biz Slavyan ideoloji çətiri altında fəaliyyət göstərən universitetə ehtiyac duymuruq. Bu, SSRİ dövründə rus dili və mədəniyyətinin yayılmasını təmin etmək üçün formalaşdırılmış şablonun davamıdır. Slavyan adı ilə fəaliyyət göstərən universitetlər keçmişdə formalaşan ideoloji və yumşaq güc alətlərinin bir parçası idi.

Dünyada bir xalqın adı ilə adlandırılmış ali məktəblər, çox az hallarda və əsasən diaspor, dini təhsil və ya etnik-mədəni qoruma məqsədi ilə yaradılır. Məsələn:

Jewish Theological Seminary – yəhudi dini və mədəniyyəti, Minzu University of China – Çindəki etnik azlıqların qorunması və öyrənilməsi, Konfutsi İnstitutları – Çin mədəniyyətinin yumşaq güc vasitəsi kimi tanıdılması.

Bakı Slavyan Universiteti də bir ideologiyanın məhsuludur, açığı sonrakı toxunuşlarımız da köklü deyil, ya adında, ya da hansısa fakültəsində köhnə, hansı ki bizi bizdən alan 70 illik ideologiyanın qalıqlarını görürük.

Yeni ad, yeni istiqamət: Bunu necə edə bilərik?

Məncə, Bu universitetin adı və profili dəyişdirilməlidir. Bu, yalnız kosmetik dəyişiklik deyil — milli təhsil strategiyasının və bəşəri dəyərlərə əsaslanan beynəlxalq imicimizin gücləndirilməsinin bir hissəsi olmalıdır.

Məsələn, universitet bu adlarla fəaliyyət göstərə bilər:

Azərbaycan Beynəlxalq Humanitar Universiteti Qafqaz Mədəniyyətləri Universiteti Asiya Humanitar Universiteti Turan Mədəniyyət və Dillər Universiteti və s.

Bu adlar yalnız qlobal arenada daha müasir səslənmir, həm də Azərbaycanın regiondakı tarixi, coğrafi və mədəni mərkəz rolunu vurğulayar.

Yeni istiqamətlər və fakültələr: Humanitar güc mərkəzinə çevrilmək

Bu yeni konsepsiya ilə universitet aşağıdakı sahələr üzrə ixtisaslaşa bilər:

Fakültə, İxtisas, Təsviri

Etnoqrafiya və Antropologiya: Azərbaycanın və Qafqazın etnik müxtəlifliyini, folklorunu, mədəni kimliyini elmi əsaslarla öyrənmək

Mədəniyyət və İrsin Qorunması: Tarixi abidələrin və qeyri-maddi irsin qorunması üzrə ixtisaslaşmış mütəxəssis hazırlığı

Fəlsəfə və İnsan Haqları: Etik, hüquqi və ictimai dəyərlər kontekstində düşüncə formalaşdırmaq

Dinlərarası Dialoq və Teologiya: Fərqli dini-fəlsəfi dünyagörüşləri arasında empatik körpülər qurmaq

Folklor və Mifologiya Araşdırmaları: Türk dünyası, Qafqaz və Orta Asiyanın mifoloji sərvətlərini araşdırmaq və yenidən təqdim etmək

Mədəni Diplomatiya və Yumşaq Güc: Azərbaycanın beynəlxalq nüfuzunu mədəniyyət vasitəsilə təşviq edən kadrlara ehtiyac var

Dil və Tərcüməşünaslıq: Nadir dillər və strateji region dilləri üzrə mütəxəssislər yetişdirmək

Yaradıcı Yazıçılıq və Sənətşünaslıq: Ədəbiyyat, dramaturgiya və vizual sənətlərin çağdaş formalarını öyrətmək

Dəyərlərin önə çıxdığı bir dünyada, milli ruhla qidalanan, bəşəri düşüncəyə açıq bir universitet modeli yaratmağımızın zamanıdır.

Bakı Slavyan Universiteti bu gün yeni bir doğuluşun astanasındadır. Bu, sadəcə adın dəyişməsi deyil — bu, təfəkkürün dəyişməsi, yeni ideoloji müstəviyə keçid və Azərbaycanın intellektual diplomatiyasında yerini möhkəmləndirməsi deməkdir.

Tarix dəyişib. Biz dəyişmişik. İndi isə ad və məqsəd də dəyişməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Avqust 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri