Icma.az
close
up
RU
Bakı sülh platforması təklif edir

Bakı sülh platforması təklif edir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkəyik...

2025-ci ilin astanasında dünyanın siyasi mənzərəsi qarışıq, kataklizmlərlə zəngin, həll olunmamış problemlərin çoxluq təşkil etdiyi bir vəziyyətdədir. İllərdir ki, qarşılıqlı şəkildə səslənən ittihamlar, irəli sürülən iddialar qlobal konsensusun yaranmasına mane olur - bu isə gələcək üçün daha ağır nəticələr vəd edir. Məsələn, 3-cü “ildönümünə” hazırlaşan Ukrayna-Rusiya müharibəsinin həllinin gecikməsi dünya üçün daha böyük təhdidlər yaradır. Hətta bir sıra məqamlarda bu qarşıdurmanın miqyasının genişlənmə təhlükəsindən, fərqli coğrafiyalarda təzahür etmə qorxusunun yaranmasından bəhs olunur. Əslində bu kimi problemlərin köklü həlli üçün bir sıra amillərə ehtiyac var.

Bütün dünya fəlakətli nəticələri dərk edir...

Məsələn, qarşılıqlı dialoqun formalaşdırılması kimi. ABŞ-ın bir aydan sonra postu təhvil verəcək administrasiyasının bütün mənalarda birtərəfli, barışmaz və dialoqdan uzaq, siyasi ambisioz mövqeyi, müharibənin yatırılmasına deyil, daha da gücləndirilməsinə yönəlik siyasi xətt yürütməsi sülhə ən böyük maneə sayılır. Bayden administrasiyasının səlahiyyət müddətinin bitməsinə caz müddət qalmış Ağ Ev var gücü hərbi eskalasiyasının həm mahiyyətini dəyişmək (nüvə müharibəsinə çevirmək), həm də miqyasını böyütmək üçün əlindən gələni əsirgəmir. Sonuncu prezident seçkilərində məğlub olmaları belə demək mümkündürsə, onları lap “qəzəbləndirib” - qısa zaman ərzində bütün dünyada geriyədönüşü olmayan proseslərə start vermək istəyirlər. Bunun ən bariz nümunəsi isə NATO-Rusiya müharibəsinin başlanması üçün “səfərbərlik elan etmələdir”. Təbii ki, belə bir qarşıdurmanın hansı nəticələrə yol açacağını təsəvvür belə etmək olmaz. Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir: “İkincisi, mən yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin”.

Azərbaycanın imkanları genişdir...

Bu mənada, bütün dünya, münaqişənin sona çatması üçün bütün gücü ilə çalışmalıdır. Eləcə də region ölkəsi olaraq Azərbaycan bu gərginliyin aradan qalxması, müharibənin sülh və dialoq yolu ilə tənzimlənməsi üçün hər zaman öz vasitəçi rolunu təklif edib. Azərbaycanın bu kimi mühüm və məsuliyyətli bir vəzifəni üzərinə götürməyə isə həm mənəvi, həm də siyasi imkanları genişdir:

- Ölkəmiz hər zaman bu kimi məsələlərdə neytral mövqeyini qoruyur;

- Problemlərə baxış bucağı beynəlxalq hüquq əsasında tənzimlənir;

- Bütün tərəflərlə eyni məsafədə dayanır;

- Yalnız sülh və dialoq təşəbbüsü irəli sürür;

- Dialoq üçün danışıqlar platformsı təqdim edir.

Beləliklə, Azərbaycan bu qarşıdurmanın sonlandırılması üçün ən real vasitəçi kimliyə malikdir. Dövlət başçısı müsahibəsində bu məqama toxunaraq vurğulayıb ki, biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik: “Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, - gərginliyin azaldılması - “detente”. Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq”.

Dünyada ikinci belə ölkə yoxdur...

Belə məsuliyyətli bir vəzifənin öhdəsindən gəlmək üçün isə vurğulandığı kimi imkanlarımız genişdir. Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadi, siyasi və humanitar mərkəzi funksiyasını yerinə yetirir - bunu təmin edən başlıca strateji faktor isə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu, dünyada ildən-ilə artan nüfuz, ölkəmizə dünya dövlətlərinin inamı və etimadıdır. Xüsusilə də, praqmatik xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirib. Ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli, hətta bir-birinə zidd olan siyasi qütblərin müzakirə meydanına çevrilir, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Beləliklə də, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalar arası dialoqda mühüm rol oynayır. Buradan çıxış edərək Bakının Ukrayna-Rusiya münaqişəsinin sonlandırılmasına da töhfələr verə biləcəyini qətiyyətlə söyləmək olar. Ölkəmiz bütün siyasi tərəflər ilə bu və ya digər şəkildə əməkdaşlıq edir - Türkiyə ilə strateji müttəfiqliyimiz həm də bir mənada

NATO ilə yaxınlığımızı təcəssüm edirsə, Rusiya ilə birbaşa yaxın strateji əlaqələrimiz mövcuddur. Prezident İlham Əliyev bildirib ki, xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir: “Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Burada Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Axı bu, təsadüfən seçilməyib. Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq”.

Keçmiş təcrübələr gələcək dialoq üçün təməl ola bilər...

Bu məsələ real faktlarda öz əksini tapır:

-2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford və rusiyalı həmkarı Gerasimov arasında keçirilən görüş yenə də Bakıda baş tutub;

-2017-ci ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovla görüş keçirilib;

-2018-ci ilin aprelində isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti arasında ilk görüş də Bakıda keçirilib.

Beləliklə, keçmiş təcrübələrə əsaslanaraq, Azərbaycan bu gün də danışıqlar - sülh uzlaşması üçün ideal məkandır. Sirr deyil ki, NATO-Rusiya münasibətləri hazırda ən gərgin və böhranlı dövrünü yaşayır - Bakı isə həm hərbi, həm siyasi, həm də coğrafi mövqeyi ilə bu münaqişəni dialoq axarına salacaq az-az ölkələrdəndir. İnanırıq ki, əvvəlki dövrlərdə olduğu kimi, bu gün də Qərblə Rusiya arasındakı hazırkı siyasi gərginliyin daha ağır fazalara keçməməsi üçün Bakının danışıqlar məkanı kimi funksional fəaliyyəti müsbət nəticələrə yol açacaq.

Pərviz SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Dekabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see274

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see270

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see265

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see251

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see237

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see228

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see225

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see223

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see220

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see206

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see204

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see202

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see201

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see197

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see195

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see187

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see183

ABŞ nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb

06 Sentyabr 2026 08:52see178

Rembrandtın avtoportreti 80 ildən sonra Qotaya qayıdıb

06 Sentyabr 2026 10:32see171

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri