Bakı Sumqayıt xəttində manatlıq maşınlar a qadağa qoyulmayıb? AÇIQLAMA
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bir neçə gündür Bakı-Sumqayıt yolunda fəaliyyət göstərən "manatlıq taksi"lərin və sərnişindaşıma üçün rəsmi icazəsi olmayan avtobusların fəaliyyətinin Dövlət Yol Polisi (DYP) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən dayandırılması ilə bağlı iddialar səsləndirilir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı sakinlər tərəfindən şikayətlər daxil olub, media orqanları reportajlar hazırlayıblar.
Məsələ ilə bağlı açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə bildirib ki, yayılan iddialar reallığı əks etdirmir:
"Aidiyyəti qurumlar tərəfindən Bakı və qeyd olunan istiqamətlərdə fəaliyyət göstərən həmin nəqliyyat vasitələrinə qarşı hər hansı birgə və ya xüsusi tədbir keçirilməyib.
Sərnişindaşıma fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun təşkil edilməlidir. Bu fəaliyyətlə məşğul olan nəqliyyat vasitələri müvafiq icazələrə malik olmalı, sürücülər müəyyən edilmiş qaydalara əməl etməlidirlər.
Son zamanlar sərnişinlərin müntəzəm avtobus marşrutlarından daha intensiv istifadə etməsi müşahidə olunur. İctimai nəqliyyatdan istifadə edənlərin sayının günbəgün artması müsbət haldır.
Sərnişinlərə nəqliyyat xidmətlərindən istifadə zamanı qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən daşıyıcılara üstünlük vermələri tövsiyə olunur". (oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 01 Oktyabr 2026 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















