Icma.az
close
up
RU
Bakı Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR

Bakı Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

"Xırdalanı birbaşa Şamaxı istiqaməti ilə birləşdirəcək tunel layihəsinə xüsusi diqqət ayrıldı və bu təşəbbüsə müsbət münasibət bildirildi. Ötən gün keçirilən tədbirdə nəqliyyatın müxtəlif seqmentlərini əhatə edən bir sıra layihələr təqdim olundu. Qeyd etmək lazımdır ki, söhbət yalnız bir konkret layihədən deyil, avtomobil yolları, dəmir yolu, metro və tramvay xətlərinin vahid konsepsiya əsasında icrasından gedir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib

Onun sözlərinə görə, bu yanaşmanın əsas məqsədi yekunda şəhərdaxili və şəhərlərarası nəqliyyat sıxlığının azaldılmasıdır:

"Məlum olduğu kimi, Bakıdan iki əsas magistral istiqamət mövcuddur: Bakı–Quba–Rusiya sərhədi və Bakı–Şamaxı–Yevlax avtomobil yolu. Xırdalan şəhəri bu iki əsas magistral arasında yerləşir və indiyədək onları birləşdirən yol infrastrukturu məhdud olub. Mövcud M4 magistralı və qismən dəmir yolu bu əlaqəni təmin etsə də, bu imkanlar artıq artan yükü tam qarşılamırdı.

Yeni layihələr çərçivəsində dəmir yolunun altından bir neçə istiqamətdə tunel tipli yol ötürücülərinin tikilməsi nəzərdə tutulur. Bunlardan biri Bakı Dairəvi Yolunun altından keçən və hazırda icra mərhələsində olan layihədir. Bundan əlavə, daha iki yeni əlaqələndirici tunel inşa ediləcək. Bu, mövcud yol şəbəkəsindəki nəqliyyat yükünün bölüşdürülməsinə, alternativ marşrutların formalaşmasına və əlaqələrin daha səmərəli qurulmasına xidmət edəcək.

Bakının coğrafi yerləşməsi yarımada üzərində olduğundan klassik dairəvi yol sistemi mövcud deyil. Məhz bu səbəbdən yarımdairəvi yolların yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu yollar sürücülərə şəhər mərkəzinə daxil olmadan sürətli şəkildə müxtəlif istiqamətlərə - şimala, cənuba və qərbə çıxmaq imkanı verəcək. Layihəyə əsasən, üç yarımdairəvi yolun inşası planlaşdırılır".

Ekspert əlavə edib ki, bununla yanaşı, şəhərə daxil olan radial yolların sayı artırılacaq:

"Hazırda Sumqayıt istiqamətindən Bakıya əsasən bir radial yol mövcuddur. Yeni radial yolun tikintisi, eləcə də şəhər daxilində həyata keçirilən layihələr, o cümlədən Həsən Əliyev prospektinin uzadılması, "Ağ Şəhər" və Ağa Nemətulla küçəsinin əlaqələndirilməsi nəqliyyat axınlarının alternativ marşrutlara yönləndirilməsinə imkan yaradacaq.

Bu addım şəhərətrafı və şəhərdaxili hərəkətin daha rahat təşkilinə, avtomobil asılılığının azalmasına və ictimai nəqliyyatın payının artırılmasına ciddi töhfə verəcək. Ümumilikdə təqdim olunan layihələr vahid sistem kimi icra olunmaqla paytaxt və ətraf ərazilərdə nəqliyyatın daha axıcı, təhlükəsiz və dayanıqlı şəkildə təşkili məqsədinə xidmət edir".

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 Yanvar 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri