Bakı Sumqayıt yolunda qayda pozan “Niva” sürücüsü motosikleti vurdu REAL VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı-Sumqayıt yolunda qayda pozan sürücü qəzaya səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Belə ki, 69-BB-151 dövlət nömrə nişanlı “VAZ-2121” (Niva) markalı avtomobilin sürücüsü hərəkətdə olan motosikletlə əhəmiyyət vermədən sağa manevr etməyə çalışıb. Bu vaxt o, motosikleti sıxışdıraraq vurub. Xoşbəxtlikdən motosiklet sürücüsü idarəetməni itirmədən hərəkətinə davam edib. Qəzanı törədən sürücü isə istiqamətini dəyişərək ayrıcı maneədən sağa keçid edib.
Təəssüf ki, bəzi sürücülər motosiklet, moped və velosipedləri görməzdən gələrək hərəkət edirlər. Nəticədə onlar təhlükə yaradırlar, ən pis halda isə qəzalara səbəb olurlar.
Qeyd edək ki, “Niva” sürücüsü öncədən düzgün zolağı seçməli və zolağın boş olduğuna əmin olduqdan sonra manevr etməli idi. Digər tərəfdən qanunvericiliyə əsasən, yalnız iki motosiklet, yaxud moped eyni zolaqda yan-yana hərəkət edə bilər. Bu hal digər nəqliyyat vasitələri üçün keçərli deyil.
Nərmin
Baxış sayı:65
Bu xəbər 26 Mart 2025 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















