Icma.az
close
up
RU
Qalib ölkənin qalib gəncləri

Qalib ölkənin qalib gəncləri

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etdilər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı.

Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən dövr ərzində həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Ölkəmizin bütün bölgələrində gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər evləri, idman kompleksləri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki, bugünkü Azərbaycan gəncliyi cəmiyyət həyatının bütün istiqamətlərində fəal iştirak edir, yüksək intellektli toplum kimi yetişir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edir.

Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin, 2007-ci ilin "Gənclər ili" elan edilməsində də göstərdi. Dövlətimiz tərəfindən həyata keçirilən addımların nəticəsidir ki, Azərbaycan gənci durmadan inkişaf edərək çağdaş dövrün tələbləri ilə səsləşir, milli maraqlar uğrunda əzmlə mübarizə aparır, Vətəni göz bəbəyi kimi qoruyur.

Gənclərimiz 44 günlük İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərdilər. Vətən müharibəsi dövründə gənclər həm də sosial şəbəkələrdə çox fəal oldular və informasiya cəbhəsində üstünlümüzə öz töhfələrini verdilər. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azad, sabitlik olan, özünə güvənən ölkədə yaşayırlar.

Bu gün qalib Azərbaycan gənci “Böyük Qayıdış” proqramının icrası ilə daha bir milli prioritetin gerçəkləşməsində önəmli vəzifələr icra etməkdədir. Gənclərimiz azad olunmuş və yenidən inşa olunan Azərbaycan torpaqlarında yaşayıb, yaradır, gələcək nəsillər üçün xoşbəxt həyat şəraiti qurmağa çalışırlar. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və ölkənin inkişafına davamlı töhfələr vermək üçün səy göstərirlər. Artıq ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycanda yaşayan, qalib Ölkənin qalib gəncləri xoşbəxtdirlər.

Sevinc Xəlilova

YAP Samux rayon təşkilatının sədr müavini 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Fevral 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri