Icma.az
close
up
RU
Bakı təhlükə ilə üz üzə Binalar bir bir alışır

Bakı təhlükə ilə üz üzə Binalar bir bir alışır

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər Bakının müxtəlif ərazilərində bir-birinin ardınca güclü yanğınlar baş verir. Cəmiyyətdə ciddi rezonans doğuran hadisələrdən biri noyabrın 21-də  Yasamal rayonu, Mirəli Seyidov küçəsində qeydə alınıb. Burada çoxmərtəbəli yaşayış binası yanıb. Nəticədə 3 nəfər ölüb, 20 nəfər tüstüdən zəhərlənib.

Noyabrın 22-də Binəqədi rayonu, Mehdiabad qəsəbəsində başqa bir çoxmərtəbəli binada yanğın olub.  

Noyabrın 24-də isə Əhməd Rəcəbli küçəsində yerləşən “AFEN Plaza” biznes mərkəzində yanğın və partlayış baş verib.

Elə həmin gün Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın olub. 

Bəs paytaxtda yanğınların artmasının səbəbi nədir? Təhlükəsizlik sistemlərində çatışmazlıqlar varmı? Məsuliyyət kimin üzərinə düşür?

Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev “Yeni Sabah”a açıqlamasında bildirib ki, çoxmərtəbəli binalarda təhlükəsizlik tədbirləri yaşayış mühitinin əsas komponenti olmalıdır:

“Binalarda təhlükəsizlik tədbirləri çoxmərtəbəli yaşayış mühitinin əsas komponentlərindən biri hesab olunur. Təhlükəsizlik yalnız avadanlıqlardan ibarət deyil, həm də insanların düzgün davranışından, texniki stendlərin düzgün işləməsindən və ümumi nəzarətlə formalaşan bir prosesdir. Binanın mühəndis kommunikasiya xətləri, elektrik sistemi, qaz xətləri, havalandırma qurğuları mütəmadi olaraq yoxlanılmalıdır. Yanğın siqanalizasiya sistemləri daim işlək vəziyyətdə saxlanılmalıdır. Hər bir binada insanların sağlam və təhlükəsiz şəkildə təxliyyə olunması üçün təxliyə planları mövcud olmalıdır. Yanğın hadisələrinin baş verməməsi üçün öncədən tədbirlər görülməlidir. Yanğın zamanı insanların həyat və sağlamlığına zərər dəyməməsi üçün görülməli olan kompleks tədbirlər var ki, onlara əməl olunmalıdır”.

Ekspert vurğulayıb ki, bunun üçün ilk növbədə panikaya düşməmək, tüstü olan zonalarda yerə yaxın hərəkət etmək lazımdır. Çünki tüstü hündürlüyə doğru yayılır: “Oturaraq və ya uzanaraq hərəkət etmək zəhərlənmə hallarını minimuma endirir. Mümkün qədər tez təhlükəsiz əraziyə çıxmaq lazımdır, əgər çıxış yolu bağlıdırsa, təxliyə olunmaq mümkün deyilsə, sakinlər qapı boşluqlarını nəm parça ilə bağlamalı,  tüstünün qarşısını kəsməli və balkona çıxaraq kömək gözləməlidirlər.  Tüstü yanğında ölümün əsas səbəblərindən biri hesab olunur, ona görə də yanğın baş verən zaman əsas məsələlərdən biri də tüstüdən qorunmaqdır”.

Orxan Musayev bildirib ki, binaların birinci mərtəbəsində restoran və digər ictimai iaşə obyektlərinin yerləşməsi əlavə risklər yaradır:

“Çünki burada istilik mənbələri çoxdur. Ancaq ölkəmizdə mövcud olan qaydaların tələblərinə görə, yaşayış binalarının qeyri-yaşayış sahələrinə təbii qazın verilməsi qadağandır. Bununla belə, qazla istismar olunan hər hansı cihazların da o obyektələrdə istifadəsi qadağan edilib. Yalnız elektrik qızdırıcılardan istifadə icazəlidir. Lakin həmin obyektlərin üst mərtəbəsində yaşayış mövcud olduğuna görə, yanğın təhlükəsi təkcə biznesə deyil, orada yaşayan insanların həyat və sağlamlığını da risk altına atır”.

Ekspertin fikrincə, təhlükəsizlik yalnız texniki məsələlərlə məhdudlaşmır. O bildirib ki, yaşayış binalarının qeyri-yaşayış sahələrində obyektlər olarsa, normativlərə ciddi riayət edilməlidir: “Yanğın törədə biləcək bütün amillər nəzərdən keçirilməli və vaxtında aradan qaldırılmalıdır. Obyekt yanğın siqnalizasiya sistemləri ilə təmin olunmalıdır. Bundan əlavə olaraq, restoranla yaşayış sahəsi arasında izolyasiya sistemləri qurulmalıdır. Tüstünün, qoxunun mənzilə keçməsinin qarşısı alınmalıdır. Əsas vacib məqam ondan ibarətdir ki, təhlükəsizlik təkcə texniki məsələlərdən ibarət deyil, burada həm obyekt sahibinin, həm də sakinlərin diqqəti və məsuliyyəti böyük rol oynayır. Hər birimiz xırda detallara önəm verməliyik. Qaz cihazlarını nəzarətsiz qoymamaq, elektrik avadanlıqlarını düzgün istifadə etmək bu cür faciələrin qarşısını almaq üçün ən uğurlu və düzgün addımlardan biri hesab olunur”.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 Noyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri