Üzəri xırt xırt, içi yumşaq ləzzət: Hollandsayağı kartof qızartması
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hollandiya mətbəxinin ən sevilən qəlyanaltılarından biri olan "Patat Frites" üstü qızarmış və xırtıldayan, içi isə yumşaq olan teksturası ilə məşhurdur. Ölkədə "friteshuis" adlanan kiçik qızartma dükanlarında iki mərhələdə qızardılan bu kartoflar müxtəlif souslarla birlikdə servis edilir.
Milli.Az bu ləzzətin evdə hazırlanma qaydasını təqdim edir:
Tərkibi
4 ədəd iri kartof
1 litr günəbaxan yağı
Duz
Servis üçün: mayonez, ketçup və ya Hollandiyanın məşhur fıstıq sousu (satay sousu)
Hazırlanma qaydası
Kartofları soyub qalın-uzunsov şəkildə doğrayın.
Nişastasının çıxması üçün doğranmış kartofları ən az 30 dəqiqə soyuq suda saxlayın.
Kartofları yaxşıca qurulayın.
Birinci qızartma: Yağı 160°C-ə qədər qızdırın və kartofları 5-6 dəqiqə qızardın. Kartoflar yalnız yumşalmalıdır, rəng almamalıdır.
Kartofları çıxarıb soyumağa qoyun.
İkinci qızartma: Yağı 190°C-ə qədər qızdırın və kartofları qızıl rəng alana qədər yenidən qızardın.
Kağız dəsmalların üzərinə sərin, duzlayın və isti halda servis edin.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 07 Noyabr 2025 07:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















