Dünyanın ən dadlı pendiri seçildi Birinci yeri Fransa məhsulu tutdu
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünyanın ən nüfuzlu pendir müsabiqələrindən biri hesab edilən World Cheese Awards 2026-nın qalibi açıqlanıb. Bu il əsas mükafata Fransanın Yura bölgəsində hazırlanan, qoz-fındıq dadı ilə seçilən “Comté” pendiri layiq görülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Time Out” və “The Telegraph” nəşrləri məlumat yayıb.
Bu il İspaniyanın Kordoba şəhərində keçirilən müsabiqəyə 45 ölkədən 5330 pendir nümunəsi təqdim olunub. Məhsulları pendir satıcıları, istehsalçılar, jurnalistlər, alıcılar və pendirin yetişdirilməsi üzrə mütəxəssislərdən ibarət 270 nəfərlik münsiflər heyəti qiymətləndirib.
Qiymətləndirmə zamanı pendirlərin xarici görünüşü, quruluşu, ətri və dadı əsas meyarlar olub. İspaniya, İtaliya, İsveçrə və Fransa istehsalçıları reytinqdə üstünlük təşkil etsələr də, Türkiyə, Yaponiya, Braziliya, Hindistan və Meksikadan da iştirakçılar olub.
Baş mükafatı qazanan Comté pendiri İsveçrənin alp pendirləri və Fransanın qoyun südündən hazırlanan məhsulları ilə ciddi rəqabət aparıb.
Münsiflər heyətinin üzvü, ispan pendir mütəxəssisi Rafael Dominqes qalib məhsulun həm görünüşü, həm də mürəkkəb dad xüsusiyyətləri ilə fərqləndiyini bildirib. Onun sözlərinə görə, pendirdə qoz-fındıq və ədviyyat çalarları ilə yanaşı, umami adlanan xüsusi dad hissi də aydın şəkildə duyulub.
Dominqes əvvəlcə İspaniya pendirinin qalib gəlməsini istədiyini etiraf etsə də, Fransa məhsulunun qələbəsini layiqli nəticə kimi qiymətləndirib.
Qeyd edək ki, World Cheese Awards pendir istehsalı sahəsində dünyanın ən nüfuzlu beynəlxalq müsabiqələrindən biri hesab olunur.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 20 Noyabr 2026 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















