Icma.az
close
up
RU
Bakı Təşəbbüs Qrupu BMTdə Afrika əsilli xalqların hüquqlarının müdafiəsinə dair tədbirdə təmsil olunacaq

Bakı Təşəbbüs Qrupu BMTdə Afrika əsilli xalqların hüquqlarının müdafiəsinə dair tədbirdə təmsil olunacaq

Operativmedia saytına istinadən Icma.az xəbər verir.

Bakı Təşəbbüs Qrupundan "Operativ Media"a bildirilib ki, sessiya çərçivəsində Bonayre İnsan Hüquqları Təşkilatı, Baham adalarının BMT-dəki Daimi Nümayəndəliyi və BMT-nin Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupu tərəfindən “Ədalətin bərpası və müstəmləkəçiliyin aradan qaldırılması: müstəmləkəyə məruz qalmış ərazilərdə Afrika əsilli xalqların hüquqlarının müdafiəsi” mövzusunda yan tədbir keçiriləcək.

Bu mötəbər beynəlxalq tədbirdə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov iştirak edəcək. BTQ, müstəmləkəçilik və onun nəticələrinin aradan qaldırılması sahəsində apardığı layihələri təqdim edərək müstəmləkə altındakı xalqların hüquqlarının bərpasına yönəlmiş təşəbbüsləri müzakirə edəcək.

Sessiya və yan tədbir Afrika əsilli xalqların tarixən üzləşdiyi ədalətsizliklərə, sosial-iqtisadi bərabərsizliklərə və insan hüquqları sahəsindəki çağırışlara diqqət yetirəcək. Tədbirin əsas məqsədi bu xalqların hüquqlarının bərpasına nail olmaq, beynəlxalq hüquq çərçivəsində maneələri aradan qaldırmaq və uzunmüddətli həll yolları üçün tövsiyələr irəli sürməkdir.

BTQ sessiyada iştirak etməklə yanaşı, öz fəaliyyətlərini, əldə etdiyi nailiyyətlər və qarşıdakı prioritetlərini təqdim edəcək. Təşkilat, müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının beynəlxalq səviyyədə tanınmasına, tarixi ədalətsizliklərin aradan qaldırılmasına və bu xalqların azadlıq mübarizəsinə dəstək vermək məqsədilə fəaliyyətini davam etdirir.

Bakı Təşəbbüs Qrupu Bonayre xalqının müstəmləkəçilikdən azadlığı uğrundakı mübarizəsinə mühüm töhfələr verib. Təşkilat mədəni irsin qorunması, insan hüquqlarının müdafiəsi və beynəlxalq hüquq çərçivəsində konkret həllərin işlənib-hazırlanması istiqamətində əməkdaşlıq edir.

Bu fəaliyyətlərin zirvə nöqtəsi olaraq, 2024-cü il avqustun 22-də Bakıda BTQ-nin təşkilatçılığı ilə “Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Bonayre xalqının azadlıq mübarizəsini təmsil edən nümayəndələrlə yanaşı, Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika və Niderlanddan olan yüksəksəviyyəli hökumət rəsmiləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və alimlər iştirak ediblər.

Konfransda Bonayre xalqının müstəqilliyinə nail olmaq üçün beynəlxalq hüquqi mexanizmlər və bu istiqamətdə BMT-nin Dekolonizasiya Edilməli Ərazilər Siyahısına yenidən daxil edilmək məqsədilə görülən işlər müzakirə olunub.

BTQ-nin belə təşəbbüslərdə iştirakı Azərbaycanın beynəlxalq səviyyədə dekolonizasiya proseslərindəki liderlik rolunu nümayiş etdirir. Bu, həm də ölkəmizin müstəmləkəçilikdən zərər çəkmiş xalqların hüquqlarının bərpasına verdiyi töhfələrin göstəricisidir.

Beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən Bakı Təşəbbüs Qrupunun bu sahədəki fəaliyyəti, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq və hüquq mübarizəsinə dəstək məqsədilə aparılan qlobal səylərin mərkəzində yer alır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 01 Dekabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri