Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Bakı Təşəbbüs Qrupundan Fransaya çağırış

Bakı Təşəbbüs Qrupundan Fransaya çağırış

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bakı Təşəbbüs Qrupu BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsinin Kanakidə (Yeni Kaledoniya) Kanak xalqının öz müqəddəratını təyinetmə hüququ və seçici korpusunun dəyişdirilməsi cəhdləri ilə bağlı Fransaya ünvanladığı xəbərdarlığı alqışlayır və Fransadan Komitənin çağırışlarına dərhal əməl etməyi tələb edir.

Modern.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu bəyanat yayıb.

“BTQ-nin mövqeyi ondan ibarətdir ki, Kanaki ilə bağlı hər hansı siyasi və inzibati dəyişiklik Kanak xalqının razılığı alınmadan həyata keçirilə bilməz. Komitə də məhz bu fikri təsdiqləyib. Bu, yalnız siyasi məsələ deyil, beynəlxalq hüququn, dekolonizasiya prosesinin və yerli xalqların kollektiv hüquqlarının əsas tələbi və haqqıdır.

BMT Komitəsinin hesabatında qeyd olunduğu kimi, Numea sazişi Kanak kimliyinin tanınması, daha geniş muxtariyyətin əldə edilməsi və Kanak xalqının öz siyasi gələcəyini müəyyən etməsi üçün mühüm çərçivə yaradıb. Bu çərçivəyə birtərəfli qaydada müdaxilə edilməsi və Numea sazişində təsbit olunmuş təminatların sual altına alınması sazişin yaratdığı siyasi-hüquqi tarazlığı pozur və Kanak xalqının öz siyasi gələcəyini sərbəst şəkildə müəyyən etmək imkanlarını zəiflədir”, - bəyanatda deyilir.

Bakı Təşəbbüs Qrupu Fransanın kənardan adaya yerləşdirdiyi gəlmələr hesabına səsvermə hüququ olan şəxslərin genişləndirilməsi istiqamətində atdığı addımları qəti şəkildə pisləyir: “Kanak xalqının razılığı olmadan seçki korpusuna müdaxilə edilməsi yerli xalqın siyasi iradəsinin zəiflədilməsi, demoqrafik balansın dəyişdirilməsi və dekolonizasiya prosesinin nəticələrinin süni şəkildə təhrif olunması kimi qiymətləndirilməlidir.

Bununla yanaşı, 2024-cü ilin may ayında baş vermiş etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən həddindən artıq və qeyri-mütənasib güc tətbiqi, o cümlədən ölümcül zorakılıq halları ilə bağlı iddiaların müstəqil, şəffaf və effektiv şəkildə araşdırılması barədə BMT Komitəsinin çağırışını dəstəkləyirik. Kanak insan hüquqları müdafiəçilərinin və müstəqillik tərəfdarı fəalların razılıqları olmadan Fransanın Avropa ərazisindəki həbsxanalara aparılması ilə bağlı narahatlıqlar da beynəlxalq insan hüquqları mexanizmləri tərəfindən diqqətlə araşdırılmalıdır.

Bakı Təşəbbüs Qrupunun müraciətindən sonra BMT mexanizmləri çərçivəsində bu məsələlərin xüsusi narahatlıq predmeti kimi gündəmə gətirilməsi və müvafiq xəbərdarlığın dərc olunması, təşkilatımızın qaldırdığı narahatlıqların beynəlxalq səviyyədə nəzərə alındığını və Kanak xalqının hüquqlarının müdafiəsi istiqamətində konkret reaksiyaya səbəb olduğunu göstərir.

Fransanın Kanak xalqını nəzərə almadan irəli sürdüyü təşəbbüslər müasir dövrdə davam edən müstəmləkəçi idarəçilik praktikasının bariz nümunəsidir: “Kanaki xalqının gələcəyi Parisdə qapalı danışıqlarda deyil, Kanak xalqının real, bərabər və səmərəli iştirakı ilə müəyyən edilməlidir.

Bakı Təşəbbüs Qrupu tərəfindən BMT-nin İnsan Hüquqları Komitəsinə təqdim edilmiş alternativ hesabatdan sonra BMT mexanizmləri Fransa qarşısında bir sıra mühüm məsələlər qaldırmışdır. Bu məsələlər sırasında, adətən terrorla mübarizə və girovların azad edilməsi kimi xüsusi təhlükəsizlik əməliyyatlarında istifadə olunan Fransanın elit jandarm bölməsi GIGN-in Kanakiyə göndərilməsi ilə bağlı narahatlıqların nəzərə alınması, bu qüvvələrin iştirakı fonunda həddindən artıq və qeyri-mütənasib güc tətbiqi iddialarının müstəqil və şəffaf şəkildə araşdırılması, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, ifadə azadlığı və dinc toplaşmaq hüququnun qorunması, həmçinin eskalasiyanın səbəblərinin araşdırılaraq BMT-yə məruzə edilməsi yer almışdır.

Bakı Təşəbbüs Qrupu Fransanı BMT Komitəsinin çağırışlarını tam və gecikmədən icra etməyə, Kanak xalqının öz müqəddəratını təyinetmə hüququna hörmət göstərməyə, Numea sazişinin dekolonizasiya ruhuna sadiq qalmağa və Kanaki ilə bağlı bütün siyasi prosesləri yalnız Kanak xalqının sərbəst və məlumatlandırılmış razılığı əsasında davam etdirməyə çağırır.

Bakı Təşəbbüs Qrupu Kanak xalqının ədalətli və azad gələcək uğrunda mübarizəsi ilə həmrəyliyini bir daha təsdiq edir və beynəlxalq ictimaiyyəti Fransanın Kanakidəki neokolonial siyasətinə münasibətdə prinsipial mövqe tutmağa çağırır,-deyə bəyanatda deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 May 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see477

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see291

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see277

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see212

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see211

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see209

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see204

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see199

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see199

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see198

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see195

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see195

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see192

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see192

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see191

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see191

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri