Icma.az
close
up
RU
Bakı Təşəbbüs Qrupunun Papa Fransiskə müraciəti

Bakı Təşəbbüs Qrupunun Papa Fransiskə müraciəti

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Roma Papası Fransiskə Korsikanın dekolonizasiyası prosesinə dəstək müraciəti ünvanlayıb. 

Müraciətdə deyilir: 

“Mən 2023-cü ilin iyul ayında Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər toplantısı çərçivəsində təsis edilmiş beynəlxalq qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüs Qrupunun icraçı direktoru kimi sizə bu məktubu yazmaq şərəfinə nail olmuşam...

Sizin dekolonizasiya prosesinə göstərdiyiniz diqqət beynəlxalq ictimaiyyətə məlumdur. Martın 30-31-də Vatikan şəhərində keçirilmiş “Müstəmləkəçilik, dekolonizasiya və yeni müstəmləkəçilik: Sosial ədalət və ümumi rifah perspektivi” adlı forumda söylədiyiniz sözlər çox təsirli idi: “Xalqların güc vasitəsilə və ya mədəni və siyasi nüfuzla əsarət altına alınması və istismarı cinayətdir”. 

Zati-müqəddəsləri, Dekabrın 15-də Korsikaya planlaşdırdığınız səfəriniz barədə bu yaxınlarda xəbər tutdum. Kardinal Fransua-Xavier Bustillonun dediyi kimi, "Korsika katolik dini ənənəsini qoruyub saxlamış bir torpaqdır", bu xalq müasir idarəetmə dinamikaları qarşısında öz unikal kimliyini, mədəniyyətini və dəyərlərini qorumaq üçün uzun müddətdir mübarizə aparmaqda davam edir.

Korsikanın tarixi onun dilində, adət-ənənələrində və fərqli irsində təcəssüm olunan mədəni zənginliklərlə doludur. Lakin xarici hökmranlıq çox vaxt xalqın öz milli kimliyini və suverenliyini qoruyub saxlamaq səylərinə maneə törədir. Bu yaxınlarda Korsika xalqı hətta Korsika Assambleyasına adanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil olunmasını tələb edən müraciət də təqdim etmişdir. 

Adaya səfəriniz zamanı Korsikadakı vəziyyəti nəzərə almanızı xahiş edirəm. İnanıram ki, Sizin varlığınız təkcə Korsika xalqına deyil, həm də müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlara ümid işığı olacaqdır”.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see326

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see274

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see232

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see227

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see225

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see222

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see221

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see219

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see219

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see215

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see206

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see202

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see196

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see196

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see185

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see184

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see182

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see181

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see167

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri