Icma.az
close
up
RU
Bakı üçün verilən anons Kiyevdə təkrarlandı: Kremldən ermənilərə xüsusi tapşırıq, bu həftə...

Bakı üçün verilən anons Kiyevdə təkrarlandı: Kremldən ermənilərə xüsusi tapşırıq, bu həftə...

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, avqustun 4-də AzərbaycanErmənistan liderlərinin cümə günü ABŞ-da bir araya gələcəyi və burada sülh sazişinin imzalanacağına dair məlumatlar yayıldı.

Digər tərəfdən, eyni gündə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bu həftə Rusiya ilə müharibənin sona çatması üçün real şansın yarana biləcəyini açıqladı. ABŞ-ın yaxından izlədiyi iki regionda münaqişə tərəfləri ilə bağlı eyni məzmunlu məlumatların yayılması diqqət çəkir.

Ağ Evin hər iki münaqişəni eyni həftədə həll etməsi nə dərəcədə mümkündür? Rusiya və Ukrayna arasında müsbət irəliləyiş ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında vasitəçilik rolunu üzərinə götürməklə regionun hamisi kimi çıxış etməyə çalışır:

Həmçinin oxuyun:

Moskva isterika içində: “Bakı ilə Ankara birləşir, dəhliz açılır, Rusiya isə…”

“Cümə günü baş tutması planlaşdırılan görüşdə tərəflər arasında yekun sülh müqaviləsi imzalanmayacaq. Lakin münasibətlərdə müsbət irəliləyişlər əldə edilə bilər. Yekun sülh sazişinin imzalanması üçün hər iki ölkənin cəmiyyətləri hazır olmalıdır. Azərbaycandan fərqli olaraq, Ermənistan cəmiyyətinin buna hazır olduğunu düşünmürəm. Ermənistanda Rusiya yönümlü güclü müxalifət formalaşıb. Onlar Kremldən gələn göstərişlərlə Bakı və İrəvan arasında imzalanacaq sülh sazişinə mane olmağa çalışırlar. Eyni zamanda, Azərbaycanın Ermənistan qarşısında qoyduğu haqlı öhdəliklər də yerinə yetirilməyib”.


Elçin Abdullayev

Politoloqun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin bu həftənin sonuna kimi başa çatması mümkün deyil:

“Andrey Yermakın belə optimist fikirlər səsləndirməsi ictimai rəyə təsir göstərmək məqsədi daşıyır. Mən Azərbaycan-Ermənistan və Rusiya-Ukrayna gərginlikləri arasında müəyyən əlaqələrin olduğunu düşünürəm. Hər iki məsələdə Rusiya və ABŞ faktorları, həmçinin onların arasındakı açıq mübarizə aydın görünür. Rəsmi Vaşinqton münaqişə tərəflərini sülhə razı salmaqla regionda söz sahibi olduğunu təsdiqləmək istəyir. Moskva isə hər addımda bunun qarşısını almağa çalışır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Avqust 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see173

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see146

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see123

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri