Icma.az
close
up
RU
Bakı və Abşeronda yüz minlərlə sənədsiz evin taleyi bəlli olacaq Yeni mexanizm gəlir

Bakı və Abşeronda yüz minlərlə sənədsiz evin taleyi bəlli olacaq Yeni mexanizm gəlir

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkədə sənədsiz evlərin sayı ilə bağlı dəqiq statistika olmasa da, bu problem illərdir minlərlə ailənin mülkiyyət hüquqlarını qeyri-müəyyən vəziyyətdə saxlayır. Rəsmi çıxarışı olmayan yaşayış evləri nə alqı-satqı zamanı hüquqi təminat verir, nə də kommunal və infrastruktur xidmətlərinə çıxışı asanlaşdırır. Mövcud qanunvericilik isə bu cür tikililərin leqallaşdırılması prosesini uzun və mürəkkəb prosedurlara bağlayır. Vətəndaşlar həm maddi, həm də hüquqi risklərlə üz-üzə qalır. Şəhərsalma və torpaq idarəçiliyində rəqəmsallaşmanın sürətləndiyi bir dövrdə problemin daha çevik və sistemli həlli zərurəti getdikcə aktuallaşır.
Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, ölkədə ilbəil qanunsuz tikililərin sayı artmaqdadır:
“Düzdür, bu artım əvvəlki illərlə müqayisədə eyni templə davam etmir. Təxminən 10 il əvvəl ilk dəfə olaraq qanunsuz tikililərin qarşısının alınması və bu sahədə müəyyən legallaşma işlərinin aparılması ilə bağlı fikirlər səsləndirilməyə başlanmışdı. Bu mövzu müxtəlif mənbələrdə müzakirə olunurdu. 2019-cu ildə isə mən və bir neçə daşınmaz əmlak üzrə ekspert bu istiqamətdə açıq şəkildə çıxış etdik. Həmin il yeni tikilmiş binaların sadələşdirilmiş qaydada istismara qəbul olunması ilə bağlı müvafiq fərman verildi. Bu, 2019-cu ilin əvvəllərinə təsadüf edirdi. Eyni dövrdə biz daşınmaz əmlak məsələləri üzrə dövlət xidmətinə müraciət etdik və konsepsiyanın hazırlanması ilə bağlı müəyyən fikirlər səsləndirildi. Sonrakı mərhələdə yerli icra hakimiyyətləri öz ərazilərində mövcud olan qanunsuz tikililərin ilkin qeydiyyatını aparmağa başladılar. Lakin pandemiya dövrü bu prosesin tam başa çatmasına mane oldu”.
O deyib ki, hazırda ölkədə qanunsuz tikililərin leqallaşdırılması üçün ayrıca hüquqi-normativ baza və qanuni əsaslar mövcud olmadığından, bu məsələni sadəcə sərəncam və ya fərmanla həll etmək mümkün deyil:
“Son bir il ərzində daşınmaz əmlak üzrə dövlət reyestrinin siyahısına əlavə bir mexanizm daxil edildi. Belə ki, icra orqanları tərəfindən Sovet dövründə və sonrakı illərdə verilmiş bəzi sərəncamların tanınması prosesi nəzərdə tutuldu. Bu mexanizm təxminən 100 minə yaxın qanunsuz evi əhatə edir. Ümumilikdə isə ölkə üzrə qanunsuz tikililərin sayının 600–700 min civarında olduğu bildirilir. Onların böyük hissəsi Bakı və Abşeron ərazisində, qalan hissəsi isə regionlarda yerləşir. Bu problemin həlli üçün bir neçə istiqamət mövcuddur. Bunlardan biri rəqəmsallaşma və müasir texnologiyalardan istifadədir. Bu, şübhəsiz ki, çıxış yollarından biridir. Lakin ilk növbədə qanunsuz tikililərin coğrafi baxımdan rəqəmsal xəritələşdirilməsi və təhlili aparılmalıdır. Bu ərazilərin böyük hissəsi vaxtilə şəhərsalma planlarına daxil edilmədiyinə görə, onların yaşayış məntəqəsi kimi dövlət tərəfindən tanınması vacibdir. Digər mühüm məsələ isə bu evlərin şəhərsalma və hüquqi normalara uyğun şəkildə tikilməməsidir. Bəzi ərazilərdə evlər həddindən artıq sıx şəkildə, təhlükəsizlik tələbləri nəzərə alınmadan inşa edilib. Məsələn, Masazır, Zabrat, Sabunçu, Xırdalan və paytaxta bitişik digər ərazilərdə evlər bir-birinə divar-divara bitişik vəziyyətdə tikilib. Bu isə real təhlükə mənbəyidir. Gələcəkdə bu tikililərin tanınması və mümkün leqallaşması zamanı həmin risklər mütləq nəzərə alınmalıdır”.
Sənədsiz evdə yaşayan vətəndaş üçün bu prosesin sürətlənməsi illərdir davam edən hüquqi qeyri-müəyyənliyin sona çatması deməkdir. Çıxarışın (kupçanın) olması vətəndaşa imkan verəcək ki, öz evini rəsmi qaydada sata bilsin, bankdan kredit götürərkən girov kimi istifadə etsin və ən əsası, kommunal xidmətlərin çəkilməsində heç bir maneə ilə qarşılaşmasın. Bu həm də miras və bağışlanma kimi mülkiyyət məsələlərində ailədaxili mübahisələrin hüquqi müstəvidə həllinə şərait yaradacaq.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Fevral 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see226

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see219

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see213

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see196

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see181

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see179

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see175

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see168

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see168

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see155

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see147

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see143

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri