Icma.az
close
up
RU
Bakı və İrəvan arasında yazılı razılıq ... Paşinyanın yeni oyunu

Bakı və İrəvan arasında yazılı razılıq ... Paşinyanın yeni oyunu

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai TV-yə müsahibəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və qonşularına qarşı iddialarının olmadığını deyib. Həmçinin qeyd edib ki, Ermənistanda hələlik yeni konstitusiya layihəsi yoxdur. Paşinyanın sözlərinə görə, ATƏT-in Minsk qrupunun buraxılması da sülh sazişinin imzalanması ilə eyni vaxtda həyata keçməlidir. Onun fikrincə, hər iki ölkədəki narahatlıqlara son qoymağın yeganə yolu sülh sazişini imzalamaq və onu qanuniləşdirməkdir.

Ermənistanda Demokratik Alternativ Partiyasının lideri Suren Surenyants isə iddia edib ki, Ermənistan tezliklə Azərbaycanın yuxarıdakı iki tələbinə yazılı şəkildə razılıq verəcək.

Globalinfo.az-a sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, Ermənistan rəsmiləri sülhdən, razılaşmadan danışsalar da, siyasi, hüquqi və diplomatik addımlarında qeyri-sabit, ikili yanaşma nümayiş etdirirlər:

“Ermənistan 2023-cü ilin sonundan etibarən Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıdığını bəyan etsə də, bu, hələ praktiki öhdəliyə və hüquqi sənədə çevrilməyib. Yazılı razılıq veriləcəyi ilə bağlı iddialar da bu “boşluğun” doldurulması istiqamətində bir addım ola bilər. Surenyantsın iddiasını belə dəyərləndirmək olar.

Lakin əsas sual budur: Ermənistan bu yazılı razılığı verdikdən sonra səmimi şəkildə müqaviləyə doğru irəliləyəcəkmi, yoxsa bu, yenə də beynəlxalq ictimaiyyətə “konstruktiv görünmək” üçün atılan siyasi jest olacaq?

Qabil Hüseynli

Böyük ehtimalla, bu tip razılaşmalar Ermənistan tərəfindən sülh müqaviləsi prosesini uzatmaq, daxili siyasi təzyiqləri azaltmaq və beynəlxalq müttəfiqlər qarşısında zaman qazanmaq üçün istifadə olunur. Paşinyan administrasiyası daxildə ciddi təzyiqlərlə üz-üzədir. O, həm radikal revanşist qüvvələrin, həm də Rusiya tərəfdarlarının müqaviməti ilə qarşılaşır. Bu vəziyyətdə “yazılı razılıq” əslində yalnız kağız üzərində bir manevr kimi də görünə bilər.

Bununla belə, Azərbaycan tərəfi üçün əsas məsələ razılaşmanın mətnə düşməsi deyil, onun real icra olunmasıdır. Bakı dəfələrlə göstərib ki, yalnız konkret və icra edilə bilən öhdəliklərə əsaslanan sənədlərə inanır. Yəni Ermənistan yazılı razılıq təqdim etsə belə, əgər bu öhdəliklər konkret icra mexanizmi ilə müşayiət olunmayacaqsa, bu sənədin real dəyəri olmayacaq”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 May 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see217

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see175

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see172

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see153

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see150

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri